top
AFFA Hakimlər Komitəsinin sədri: Referiləri futbol komandası kimi hazırlayırıq Report.az
10 yanvar 2025, 09:15
- ↺ +

AFFA Hakimlər Komitəsinin sədri: "Referiləri futbol komandası kimi hazırlayırıq"

Biz hakimləri futbol komandası kimi hazırlayırıq.

"Report" xəbər verir ki, bunu AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere ədalət təmsilçilərinin Türkiyədə davam edən təlim-məşq toplanışı barədə milli assosiasiyanın rəsmi saytına açıqlamasında deyib.

Belçikalı mütəxəssis referilərin hazırlıq durumundan razı qaldığını bildirib:

"Toplanış Misli Premyer Liqasının ikinci hissəsinə hazırlıq baxımından çox vacibdir. Bu səbəbdən də buradayıq. Artıq dördüncü gündür ki, hakimlər gündə iki dəfə fiziki məşq keçirlər, həmçinin gündə iki texniki seansımız olur. Bizimlə birgə həkim və fizioterapevt də gəlib. Hakimlərin peşəkar şəkildə hazırlıq keçmələri üçün hər bir şərait var. Biz hakimləri futbol komandası kimi hazırlayırıq. Onlar da mövsümün ikinci hissəsinə hazırlaşır, birlikdə məşq edirlər və bu, komanda işi üçün çox vacibdir. Bir-biriləri ilə danışırlar, bir-birilərindən öyrənirlər. Çox şadam ki, yaxşı hava şəraitində, fantastik futbol meydançalarında bu cür gözəl şəraitdə işləyə bilirik. Bizə bu imkanı yaratdığına görə, AFFA rəhbərliyinə təşəkkür edirəm".

Frank De Bleker hakimlərin Misli Premyer Liqasının ilk yarısındakı performanslarını qiymətləndirib: "Mövsümün birinci hissəsindən çox razıyam. Ötən il iyulun sonunda ilk dəfə Bakıya gəldiyim zaman hakimlər mənim üçün yeni idilər. İşləmək istəyən bir qrup görürdüm. Bəzən bir az şübhə ilə yanaşanlar var idi. Amma, həqiqətən də, yaxşı komanda yaratdıq. Mənim üçün ən vacibi meydanda hakim və VAR arasında çox yaxşı balans tapmağımızdır. Yüksək müdaxilə xəttimiz var, yüngül sarı, qırmızı vərəqələr və penaltilər vermək istəmirik. Bu, bizim üçün çox vacibdir, UEFA-nın da əsas xətti belədir. Ümumiyyətlə, meydanda şəxsiyyətləri görürəm, hakimlərimin yüksək keyfiyyətləri var, yaxşı oyun idarəçiliyinə malikdirlər. Düşünürəm ki, oyun idarəçiliyi baxımından yaxşı çıxış etmişik. Əlbəttə ki, həmişə daha da yaxşılaşdırmalı olduğumuz məqamlar var, heç kim mükəmməl deyil. Mayın son oyun gününə qədər mövsümün ilk hissəsindəki kimi davam etməyimizi istəyirəm. İndi əsas odur ki, komandamızın qarşıdakı həftələrdə və aylarda böyük, önəmli oyunlara hazır olduğunu göstərək".

AFFA Hakimlər Komitəsinin sədri yoxlama oyunlarına gənc hakimləri təyin etmələrinin səbəbini də açıqlayıb: "4 yoldaşlıq oyunumuz var. Biri artıq geridə qalıb. Bu matçlara gənc, perspektivli hakimləri təyin edirik ki, onlar beynəlxalq oyunları idarə etməklə təcrübə toplaya bilsinlər. Bu, gənc hakimlər üçün yaxşı təcrübədir. Onlar növbəti nəsildir. Gənclərə xarici komandaların oyunlarında daha çox təcrübə qazandırmaq istəyirəm. Bunu addım-addım edirik. FIFA hakimləri və digər təcrübəlilər isə mövsümün ikinci hissəsinə hazırlaşmaq üçün buradadırlar.

Beynəlxalq dərəcəli üç hakimimiz var ki, onlardan ikisi birinci kateqoriyadadır. Bu, əla göstəricidir. Həm onlar, həm də biz ilk 6 ayda çox çalışdıq. İndi hər kəs maksimuma nail olmaq istəyir. Gənc hakimləri də növbəti aylara və mövsümlərə hazırlamalıyıq. Bu səbəbdən Türkiyədəki hazırlıq çox vacibdir".

Qeyd edək ki, hakimlərin Antalya toplanışı yanvarın 12-dək davam edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:30

Nəriman Axundzadənin “Ərzurumspor” ilə müqaviləsini erkən bağlaması ehtimalı

Futbol
Bu gün, 13:20

Kevin De Bruyne: "Arda Güller dünyanın ən yaxşı oyunçularından biridir - Real Madrid"

Boks
Bu gün, 13:10

Azərbaycan U-23 Avropa çempionatında 7 boksçu ilə yarışacaq

Futbol
Bu gün, 13:09

İspaniyanın Yamalı İngiltərə qarşısında hazırdır

Futbol
Bu gün, 13:00

Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır: Mənfi ab-hava əvəzinə dəstəyə çağırış

Futbol
Bu gün, 12:40

Manhetten federal məhkəməsi UEFA-nın FİFA-nı Thrive Capital və JP Morgan-a qarşı irəli sürdüyü iddianı rədd etdi

Qarabağ FK
Bu gün, 12:40

Pedro Bikalyonun cərimə iddiaları rədd edildi – Klub açıqlama etdi

Qarabağ FK
Bu gün, 12:35

XIII tur Azərbaycan Premyer Liqasında oyun vaxtları açıqlanıb;

Futbol
Bu gün, 12:25

Həbib Nurməhəmmədov Xviça Kvaratsxeliyanı izləmədən çıxardı, çünki futbolçu Merab Dvalişviliyə dəstək verir

Futbol
Bu gün, 12:20

Makron Vengerin FIFA prezidentliyi namizədliyini dəstəkləyir, Ramon Veqa da iştirak edəcək

Futbol
Bu gün, 12:12

Ozan Kabak qırmızı kart səbəbilə Türkiyə millisinin düşərgəsindən ayrıldı;

Futbol
Bu gün, 12:10

Andre Şinyaşiki Neftçidən ayrıldı, Braziliyanın Santa Cruz klubuna transfer oldu

Futbol
Bu gün, 11:40

Bruno Fernandes Manchester United-ın ikinci təklifini yenidən rədd edir

Futbol
Bu gün, 11:39

Napoli'dan ayrılaraq De Bruyne, PSV ilə transfer üçün hazırdır

Digər
Bu gün, 11:24

Usman Nurmaqomedovun meneceri onun gələcəyini müzakirə etdi

Boks
Bu gün, 11:21

Eduard Məmmədov iki qızıl medal qazanaraq 13-cü Avropa çempionu oldu;

Futbol
Bu gün, 11:09

Qalatasaray, Batrakov üçün xüsusi kolleksiya satışa çıxardı

Futbol
Bu gün, 11:02

Fransanın LANS klubu baş məşqçisini Yannik Kayuzakla yollarını ayırıb;

Futbol
Bu gün, 11:00

Qəbələ'nin Elvin Camalov'u: 'Həqiqətən futbol oynayıb, irəliləyiş hiss olunur'

Futbol
Bu gün, 10:54

Lans 1:9 məğlubiyyəti sonrası baş məşqçisini qovdu

Futbol
Bu gün, 10:40

CONMEBOL prezidenti Alexandro Dominqes 3,5 milyon dollar məbləğində ödənişdə qeyd olundu

Futbol
Bu gün, 10:22

Cristiano Ronaldonun 16 yaşlı oğlu U-17 millisində debüt etdi

Futbol
Bu gün, 10:20

Qalatasaray, Beşiktaş və Yüventus Kim Min-Jae ilə maraqlanır

Cüdo
Bu gün, 10:07

Zaqrebdə Qran-pri turnirində dörd Azərbaycan cüdoçusu 1/16 finala çıxacaq

Oxşar xəbərlər