13 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Sozopol Cup 2025" turnirinin qalibi olub. Sport24.az xəbər verir ki, Ağdam təmsilçisi Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında "Burqas"la qarşılaşıb.
Komanda bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran "Qarabağ"ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan "Qarabağ" turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.
Qeyd edək ki, qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda "Levski"ni məğlub edib – 0:0, pen. 4:3.