top
Ayxan Abbasov: Büdcəmiz çox olsa, 16-17 legioner gətirərdik Sport24.az
16 avqust 2025, 22:31
- ↺ +

Ayxan Abbasov: Büdcəmiz çox olsa, 16-17 legioner gətirərdik

Misli Premyer Liqasının I turu çərçivəsində səfərdə "Neftçi"nin qonağı olan "Şamaxı" 1:1 hesablı heç-heçə edib. Sport24.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

 

"Çempionat dayananda, bir az qədrini bilirik. İlk oyun idi. Rəqib "Neftçi" idi, özü də səfərdə. Onlarda yeni oyunçular var idi. İlk oyunda rəqibləri təhlil etməkdə çətinlik çəkirdik. Bizim də yenilərimiz var idi. Onlara da səfərdə bu arenada "Neftçi"yə qarşı oynamaq çətin idi. Amma ilk oyna baxmayaraq, futbolçularımdan razı qaldım. Birinci hissə daha çox hücumlarla keçdi, rəqibin üstünlüyünü bilirdik. Bizdə yorğunçuluq oldu. Dəyişiklik etdi. Səfərdə bir xal bizi sevindirir. Bu mövsüm daha yaxşı olmaq istəyirik, futbolçularımızın daha yaxş inikişafını istəyirik. Əziyyət çəkməliyik. Azarkeşlərimizə təşəkkür edirəm. Bizi tək qoymamışdılar."

 

- Heyətin geniş olmaması işinizi çətinləşdirəcək? Pulunuz yoxdur deyə, legioner gətirə bilmirsiz?

- Görsəz komandanı necə qurmuşuq... Ehtiyat qüvvə bizdə gənclərdir. Çəkinmədən onlara şans verəcəyik. Onların da şansı gələcək. Əlbəttə ki, onların oyunu ilə digərlərinin oyununda fərq olacaq. Heyətimiz qarşımıza qoyulan hədəfə çatmağa imkan verir. Bizim də büdcəmiz çox olsaydı, 16-17 legionerlər gətirərdik. Yerliləri də transfer edə bilmirik. Yerli futbolçular gətirmək bizim üçün legioner gətirməkdən asandır. Biz qarşımıza başqa məqsədlər qoymuşuq. Bu gün hər kəs avrokuboklara, yuxarı yerə oynamağa cəhd etməməlidir. Biz də istəyirik. Amma hədəfimiz başqadır. Emil Süleymanova əsas heyətdə şans versəm, inanıram ki, pis olmayacaq. Oruc və Edqar da bura daxildir. Onları da meydançada görəcəyik.

 

- Edqarın ehtiyatda qalması nə ilə əlaqədar idi? 90 dəqiqə oynamağa hazır deyil?

- Edqar bizim əsas oyunçumuzdur. Toplanışda son oyunlarda dəyişiklik edirdik. Edqarın cinahında rəqabət var. Bu, onun inkişafına gətirəcək. Edqarın böyük potensialı var. Bizi tam qane etməsi üçün çox çalışmalıdır.

 

- İlk qol sizə psixoloji üstünlük verdi. Qarşıdakı matçlarda da bunu düşünəcəksiz?

- Məqsədimiz qol vurmaqdır. Amma birinci hissə, ya ikinci hisə..."Neftçi" kimi komandaya qol vurduqdan sonra bizə təzyiq artacaqdı. Bunu bilirdik. Cinah müdafiəçisini çıxarıb, yarımmüdafiəçiləri cinahlara atdı rəqib. Rezabala ikinci hissə bizə başağrı oldu. 2:0 olsaydı, tam başqa cür olardı. "Neftçi"nin də dirəkdən dönən epizodu oldu. Bizdən üstün rəqiblərə qol vurmaq, psixoloji üstünlükdür. Təzyiqə dözməlidirlər. Futbolçularımı təbrik etdim ki, son 10 dəqiqə "Neftçi"nin təzyiqinə dözdük. Ötən mövsüm son dəqiqələrdə çox qol buraxırdıq. Futbolçularımın soyuqqanlığı çatmırdı ötən mövsüm. Rüfət abbasov ötən mövsümlə müqayisədə daha soyuqqanlıdır. Hamısı inkişafımıza doğru gedəcək. Əsas odur təslim olmayaq.

 

- Elçin Məsiyevlə iki dəfə sərt mübahisə yaşadız. Nə baş vermişdi?

- Elçin Məsiyevi birincisi təbrik etdim. Fəxr etdik, qürurumuzdur. Futbol hakimliyi, inspektoru olsun, UEFA-da bizi təmsil edəndə adımızdır. Ondan xahiş etdim ki, qızıl alan hakimsən xırda foulları az ver(gülür). Pis idarə etmədi. Xırda foullar var idi ki, bizdə sarı oldu, rəqibdə yox. 

 

- U-21 yığmasının baş məşqçisi kimi necə düşünürsüz, yerlilər bug ün az idi. Hazırki durumu necə şərh edərdiz?

- Bununla bağlı öz fikrimi çox demişəm. Bu qərar çıxanda oxumusuz. Yerli futbolçu çox oynamalıdır. Durumla mən də ayaqlaşmalıyam. Əsas heyətdə 2 oyunçu idi. Amma sonradan meydana girənlər gənc və yerlilər idi. Buna qayıtmaq, danışmaq gecdir. Qərarlar verilib. Yeniliklər çoxdur. Özümüz üçün maraqlıdır.

 

- "Şamaxı"nın baş məşqçisiz, amma U-21 yığmasını da çalışdırırsız. Heyəti quranda nə qədər klubu fikirləşsəz də, U-21 oyunçularının oynaması üçün, praktikasının olması üçün, onları meydana buraxmaq məcburiyyətindəsiz. Bu sizin özünüz üçün ikiqat təzyiq yaradır?

- Yaxşı sualdır. Daxilimdə olan mübarizədir. Amma biz fikirləşəcəyik. Klub olaraq, həm rəhbərlik, həm biz onsuz da ötən mövsüm U-21-in baş məşqçisi olmayanda da, Rüfət Abbasovu, Rauf Rüstəmlini gətirəndə, oranı düşünmürdük. Prinsiplərimiz gəncləri yetişdirməkdir. Komandada rəqabət var. Oyun olacaq ki, bu riskə gedəcəyik. Amma unutmayaq ki, "Şamaxı"nın da yerini qaranti etməliyik. Gələcək imkan verərsə, daha çox şans verəcəyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər