Ruzanna Məmmədova Şimali Makedoniyanın Skopye şəhərində güləş üzrə U20 Avropa çempionatında qızıl medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) "Report"a verilən məlumata görə, Ruzanna Məmmədova (62 kq) finalda türkiyəli Özdenur Özmezlə qarşılaşıb.
Rəqibinə 6:0 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub. Bununla da Ruzanna Azərbaycan güləşi tarixində U20 yaş qrupunda 3 qat Avropa çempionu olan ilk qadın güləşçi ünvanına sahib çıxıb.
Zəhra Kərimzadə (72 kq) isə gərgin mübarizə şəraitində keçən bürünc medal görüşündə Türkiyənin digər təmsilçisi İlayda Çinə 9:11 hesabıyla məğlub olaraq, 5-ci yerlə kifayətlənib.