top
Cəlil Cəlilov: Xilasedicinin finalda şansları 50/50-dir, itkilər var Report.az
15 April 2026, 15:57
- +

Cəlil Cəlilov: "Xilasedici"nin finalda şansları 50/50-dir, itkilər var

"Xilasedici"nin kişi voleybolçulardan ibarət komandasının Azərbaycan Yüksək Liqasının final matçında şansları 50-nin 50-yədir.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.

"Komandamız yaxşı vəziyyətdədir. Fiziki hazırlıq qaydasındadır. "Murov Az Terminal" ötən il finalda oynamışdı. Bu dəfə gücləri çatmadı. Finala hazırlıq prosesi ağır qrafiklə davam edir. Aprelin 14-də yarımfinalda oynamışıq, 18-də isə final olacaq. Bərpa üçün vaxtımız az olsa da, məşqləri davam etdiririk. Səkkiz aylıq mövsümün taleyi bir oyundan asılıdır. Çox çətin matç olacaq, lakin biz buna tam hazırıq", - deyə təcrübəli mütəxəssis bildirib.

O, həlledici görüşdə qarşılaşacaqları "Ordu" komandası barədə danışıb:

"Rəqibi tanıyırıq, bu mövsüm onlarla 4 dəfə qarşılaşmışıq. Üçündə qələbə qazanmışıq, birində isə bəzi problemlərə görə texniki məğlubiyyət almışıq. Çox ciddi rəqibdir, heyətində əcnəbi oyunçular var. Şansları 50-nin 50-yə qiymətləndirirəm".

Cəlil Cəlilov heyətdə itkilər olduğunu deyib:

"İki zədəli oyunçumuz var. Beninli Dauda Yakuba və milli üzvü, toppaylayıcı Roman Qulskin finalda bizə kömək edə bilməyəcəklər. Roman son oyunda zədələnib və ayağında ciddi problem var. Onları əvəzləyəcək voleybolçularımız olsa da, əsas oyunçuların yoxluğu işimizi çətinləşdirəcək".

Qeyd edək ki, "Xilasedici" yarımfinalın hər iki matçında "Murov Az Terminal"ı 3:0 hesabı ilə yenərək finala vəsiqə qazanıb. Komanda aprelin 18-də baş tutacaq həlledici görüşdə "Ordu" ilə üz-üzə gələcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 01:53

Dana White: UFC will return to Ireland within the next 10 years

Football
Today, 01:18

Barcelona player will not be on the field at the start of the season

Football
Today, 00:57

Al-Mehdi Maouhoub joins Dubai United

Football
Today, 00:34

Real Madrid announces new transfer shirt numbers for 2026/2027 season

Others
Today, 00:13

Viktoriya Sidorenko takes second place in Chinese tournament

Football
Yesterday, 23:37

Manor Solomon moves to West Ham

Basketball
Yesterday, 23:24

New transfer to LANDAU Lions club

Football
Yesterday, 22:17

Tufan Sadigov appeals to CAS against lifetime ban from football

Football
Yesterday, 21:41

Liverpul Ronald Arauxonyu icarəyə götürüb

Football
Yesterday, 21:27

Gabala signs contract with Brazilian who played against Karabakh

Football
Yesterday, 21:11

Lautaro Martines may move to Barcelona

Football
Yesterday, 20:57

Trabzonspor solves Darvin Nunez transfer

Basketball
Yesterday, 20:37

LANDAU Lions add former Miami Heat player to their roster

Basketball
Yesterday, 20:25

LANDAU Lions Arnas Sakenisi ilə müqavilə bağlayıb

Judo
Yesterday, 20:19

Bakıda Beynəlxalq Cüdo Federasiyası Akademiyasının sertifikat proqramı startedilib

Volleyball
Yesterday, 19:28

Azerbaijan Beach Volleyball Teams to Compete in International Tournament

Football
Yesterday, 18:59

Jerónimo Rulli to be transferred to Manchester City

Football
Yesterday, 18:29

"Sabail" club will hold a training camp in Bolu

Football
Yesterday, 17:21

Elçin Məmmədov Mixail Mesxi stadionunu təftiş edib

Volleyball
Yesterday, 16:13

Rescue Volleyball Team Strengthened with Czech Player

Football
Yesterday, 15:49

Araz-Naxçıvan Boyan Letiçi ilə müqavilə imzalayıb

Football
Yesterday, 15:32

Karvan-Yevlax Mirəli Əhmədovu və Lətif Rzayevi transfer edib

Volleyball
Yesterday, 15:29

Xilasedici komandasına yeni transfer

Wrestling
Yesterday, 14:59

Azərbaycan güləşçisi Arseniy Djioyev ABŞ-li olimpiya mükafatçısı ilə qarşılaşacaq

Related news