top
Tahir Gözəl: Qurban Qurbanov bəzən klubdan ayrılmağı düşünüb, ancaq etibar və sabitlik qorunur Report.az
21 September 2026, 21:50
- ↺ +

Tahir Gözəl: Qurban Qurbanov bəzən klubdan ayrılmağı düşünüb, ancaq etibar və sabitlik qorunur

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bəzi məqamlarda klubdan ayrılmaq istəyib.

"Report" Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir, bunu adıçəkilən komandanın prezidenti Tahir Gözəl deyib.

"Köhlən atlar"ın rəhbəri Qurban Qurbanovun uzun müddət "Qarabağ"ın baş məşqçisi olmasına münasibət bildirib:

"Mən həmişə demişəm ki, sabitlik inkişafın qarşısını alan deyil, düzgün idarə olunanda inkişafı sürətləndirən amildir. Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Müasir futbolda bir baş məşqçinin bu qədər uzun müddət eyni klubda fəaliyyət göstərməsi artıq çox nadir hadisədir. Amma burada yalnız müddətə baxmaq düzgün olmaz. Əsas məsələ həmin illər ərzində formalaşan qarşılıqlı etimaddır. İlk illərdən Qurban Qurbanova inanmışıq. Elə dövrlər də olub ki, nəticələr arzuladığımız kimi getməyib. Futbolda belə mərhələlər qaçılmazdır. Həmin anlarda emosional qərar vermək əvəzinə, görülən işi, qurulan sistemi və bir-birimizə olan inamımızı əsas götürmüşük. Elə məqamlar olub ki, Qurban Qurbanov özü məsuliyyəti üzərinə götürməyə hazır olduğunu və klubdan ayrıla biləcəyini bildirib. Biz isə bir nəticənin və ya uğursuz seriyanın illər ərzində qurulan münasibətləri dağıtmasına imkan verməmişik. Çünki qarşımızdakı insanı yalnız son beş oyunun nəticəsinə görə tanımırdıq. Onun iş prinsipini, xarakterini, kluba münasibətini və hansı məqsədlər üçün çalışdığını bilirdik. Bu gün "Qarabağ" daxilində yaranmış ailə mühitinin də təməlində bu dayanır. Bu o demək deyil ki, burada tələbkarlıq yoxdur. Əksinə, çox ciddi tələbkarlıq var. Sadəcə, həmin tələbkarlığın yanında hörmət və etimad da mövcuddur. Klub rəhbərliyi baş məşqçiyə, baş məşqçi rəhbərliyə inanır. Futbolçular hiss edirlər ki, qərarların arxasında sistem dayanır. İşçilər bilirlər ki, klub bir günlük emosiyalarla idarə olunmur. Bəzən futbolun ən böyük gücü məhz statistikada görünməyən bu münasibətlər olur. Bunlar heç bir dərslikdə yazılmır, amma böyük klubun qurulmasında çox mühüm rol oynayır".

O, Avropada qazanılan uğurlu nəticələrdən sonra azarkeşlərin təbii olaraq daha böyük transferlər gözlədiyini söyləyib:

"Azarkeşin daha böyük adlar görmək istəməsi tamamilə başadüşüləndir. Bu, klubdan gözləntinin böyüdüyünü göstərir və əslində, bizi sevindirir. Amma transfer siyasətinə yalnız futbolçunun adına və ya onun üçün ödənilən məbləğə görə yanaşmaq düzgün olmaz. "Transfer pəncərəsi"nin sonunda yalnız "kimi aldın?" sualını vermək kifayət deyil. "Kimi saxladın?", "hansı mövqedə rəqabəti artırdın?", "komandanın ümumi balansını necə dəyişdin?", "gələn futbolçunun inkişaf potensialı nədir?" kimi suallar da verilməlidir. Burada Qurban Qurbanovun rolu çox böyükdür. Mən Qurban müəllimin futbolçu seçiminə inanıram və onun bu istiqamətdə qərarlarını tam dəstəkləyirəm. Hamı görür ki, Qurban müəllim futbolçu seçərkən yalnız onun hansı ölkədən və hansı çempionatdan gəlməsinə baxmır. Futbolçunun bugünkü statistikası vacibdir, amma bununla kifayətlənmir. Xarakterinə, meydandakı davranışına, komanda oyununa uyğunluğuna, inkişaf potensialına, yeni mühitə adaptasiya imkanına baxılır. Bəzən bir futbolçunun real potensialını onun transfer olunduğu gün ictimaiyyət görməyə bilər. Məşqçi isə həmin futbolçuda altı ay və ya bir il sonra ortaya çıxa biləcək keyfiyyəti görür.

Kamilo Duran buna yaxşı nümunələrdən biridir. O, "Qarabağ"a gələndə Portuqaliyanın ikinci liqasında çıxış etmişdi və müəyyən suallar səslənirdi. "Qarabağ"da keçdiyi inkişaf prosesindən sonra "Seltik"ə transfer olundu. Yeni klubunda qısa müddət ərzində təsir göstərdi, ilk yeddi rəsmi qarşılaşmasında altı qol vurdu və Şotlandiya Premyer Liqasında avqust ayının ən yaxşı futbolçusu seçildi. Bu, bizim üçün sadəcə uğurlu satış deyil. Bu, düzgün futbolçu seçiminin, məşqçi işinin və futbolçunun öz zəhmətinin nəticəsidir. Ümumiyyətlə, transfer siyasətində bizim üçün əsas məsələ sadəcə daha yüksək məbləğ ödəyib futbolçu gətirmək deyil. Əsas olan klubun imkanlarına uyğun büdcəni düzgün müəyyənləşdirmək, komandanın hansı mövqedə güclənməyə ehtiyacı olduğunu doğru təhlil etmək və həmin mövqe üçün oyun fəlsəfəmizə uyğun futbolçunu seçməkdir. Futbolçunun fərdi keyfiyyətləri nə qədər yüksək olsa da, onun mövcud heyətə, komanda yoldaşlarının xüsusiyyətlərinə və baş məşqçinin oyun modelinə uyğunluğu eyni dərəcədə vacibdir. Transferin uğuru yalnız oyunçunun fərdi səviyyəsi ilə deyil, bütövlükdə komandanın daxilində nə dərəcədə effektiv ola bilməsi ilə ölçülür. Burada maliyyə və komandadaxili balans məsələsi də xüsusi əhəmiyyət daşıyır. Klubumuzun maliyyə dayaqları kifayət qədər güclüdür və imkanlarımız daha yüksək məbləğdə futbolçu transfer etməyə şərait yaradır. Ancaq transfer qərarı verərkən yalnız buna əsaslana bilmərik. Komandada futbolçuların müqavilə şərtləri və ödəniş səviyyələri arasında sağlam nisbətin qorunması vacibdir. Mövcud heyətdə bir-birinə yaxın maliyyə şərtləri formalaşıbsa, həmin strukturun içərisinə digərlərindən kəskin şəkildə fərqlənən məbləğlə futbolçu gətirmək kollektiv daxilindəki tarazlığa mənfi təsir göstərə bilər. Bizim üçün əsas prinsiplərdən biri də məhz budur: futbolçunun keyfiyyətini artırarkən komandanın daxili balansını pozmamaq. Çünki güclü komanda yalnız yaxşı futbolçuların bir araya gəlməsi ilə formalaşmır. Həmin futbolçular arasında ədalətli rəqabətin, qarşılıqlı hörmətin və sağlam münasibətlərin qorunması da eyni dərəcədə vacibdir. Bu mövsüm heyətimizə 12 yeni futbolçu cəlb etmişik. Bu qədər çox oyunçunun eyni dövrdə komandaya qoşulması müəyyən uyğunlaşma mərhələsini zəruri edir. Yeni futbolçuların baş məşqçinin tələblərini tam mənimsəməsi, komanda yoldaşlarını daha yaxından tanıması və meydanda arzu etdiyimiz ahəngin yaranması üçün onlara vaxt verilməlidir. Hər bir futbolçunun komandaya hansı keyfiyyəti əlavə edə biləcəyini, ümumi oyun sisteminə necə uyğunlaşacağını və kollektiv daxilində formalaşmış tarazlığa necə təsir göstərəcəyini nəzərə alırıq. Buna görə yeni transferləri bir neçə oyun əsasında qiymətləndirmək düzgün olmaz. Onların potensialını tam göstərməsi üçün müəyyən müddətə ehtiyac var. Əsas məqsədimiz yeni gələn oyunçuların komandaya düzgün inteqrasiyasını təmin etmək, kollektivin ahəngini qorumaq və eyni zamanda ehtiyac duyulan mövqeləri gücləndirməkdir".

T. Gözəl son illərdə "Qarabağ"dan Avropanın daha yüksək səviyyəli çempionatlarına və tanınmış klublarına transfer olunan futbolçuların sayının artığını vurğulayıb:

"Əgər məqsəd yalnız futbolçu alıb satmaq olsaydı, bu, idman layihəsi deyil, sırf kommersiya fəaliyyəti olardı. Biz futbolçunu müəyyən edirik, onu komandaya gətiririk, sistemimizə uyğunlaşdırırıq, inkişaf etməsinə şərait yaradırıq, Avropa arenasında özünü göstərmək imkanı veririk. Əgər həmin futbolçu bir müddətdən sonra karyerasının növbəti mərhələsinə keçirsə, bu, həm futbolçunun, həm məşqçi heyətinin, həm də klubun uğurudur. Juninyo bunun çox yaxşı nümunəsidir. O, Portuqaliyanın "Şaveş" klubundan "Qarabağ"a gəldi. Burada Avropa oyunları da daxil olmaqla yüksək səviyyədə özünü göstərdi, iki mövsüm ərzində böyük inkişaf yolu keçdi və daha sonra Braziliyanın ən tanınmış klublarından biri olan "Flamenqo"ya transfer olundu. Braziliyadan çıxmış bir futbolçunu Avropaya gətirib, burada inkişaf etdirib, sonra "Flamenqo" kimi Braziliya nəhənginə transfer etmək sıradan hadisə deyil. Bu, "Qarabağ"da futbolçu ilə hansı işin görüldüyünü göstərir. Burada ilk növbədə Qurban Qurbanovun, onun məşqçi heyətinin, skautinq sistemimizin və futbolçu ilə gündəlik çalışan bütün əməkdaşların əməyini qeyd etmək lazımdır. Belə transferlər klub üçün maliyyə baxımından da əlavə imkan yaradır. Qazanılan vəsait yenidən əsas komandaya, akademiyaya, infrastruktura, seleksiya sisteminə və başqa inkişaf istiqamətlərinə yönəldilə bilər. Əsas məqsəd budur ki, futbolçular dəyişsə də, sistem gücünü itirməsin".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Yesterday, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
Yesterday, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
Yesterday, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
Yesterday, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Others
08 October 2026, 17:50

III Beynəlxalq Xankəndi Ultramarafonunun birinci mərhələsinin qalibləri açıqlanıb

Football
08 October 2026, 15:04

Neftçi – Sabah matçının hakimi Rauf Cabarov təyin edildi

Judo
08 October 2026, 11:59

Süleyman Şükürov dünya çempionatının ikinci mərhələsində məğlub oldu

Football
08 October 2026, 10:41

“Sabail” transferred “Sertan Tashkin”;

Related news