Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Bakıdakı UFC turnirinin əsas döyüşünün birinci raundundan sonra sol gözü ilə yaxşı görə bilməyib.
"Report"un məlumatına görə, o bu barədə mətbuat konfransında deyib.
R. Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçirilmiş turnirində qalib olması ilə bağlı fikirlərini bölüşüb:
"Birinci raunddan sonra sol gözümlə yaxşı görə bilmirdim. Rəqibin zərbəsi ilə hər şey bulanıq idi. İkinci raundda fırlanaraq zərbə vurmaq istədim, bu da məndə alındı".
İdmançı atasının ona dəstək olduğunu söyləyib:
"Atam mənə çox dəstək olur. O mənə inandığını söylədi. Bugünkü döyüşümə görə çox narahat idi".