Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) birgə təşkilatçılığı ilə Bakıda "European Aquatics" (Avropa Su İdmanı Federasiyası) konfransı keçiriləcək.
Bu barədə "Report"a ASF-dən bildirilib.
Qitənin müxtəlif ölkələrindən olan federasiya rəhbərləri 2026-cı ilin "Dünya İdman Paytaxtı" olan Bakıda bir araya gələcək, su idman növlərinin inkişafı ətrafında fikir mübadiləsi aparacaq, layihələri müzakirə edəcəklər.
Qeyd edək ki, bu il oktyabrın 10-da təşkil olunacaq tədbir Azərbaycan üçün həm beynəlxalq idman əməkdaşlığının gücləndirilməsi, həm də ölkənin üzgüçülük və digər su idman növləri sahəsində nüfuzunun artması baxımından böyük əhəmiyyət kəsb edir.