Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
"Atlet" klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.
Xatırladaq ki, daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.