Azərbaycanın paracüdo üzrə kişilərdən ibarət millisi Göygöl Olimpiya İdman Kompleksində, qadınlardan ibarət yığma isə Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçəcək.
Bu barədə "Report"a Milli Paralimpiya Komitəsindən məlumat verilib.
Toplanışda kişi paracüdoçulardan İlham Zəkiyev (J1, +95 kq), Mehman Hüseynov (J1, +95 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), İsmayıl Muradov (J1, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlardan isə Xatirə İsmiyeva (J1, +70 kq) və Dürsədəf Kərimova (J2, +70 kq) iştirak edəcəklər.
Qeyd edək ki, kişilərdən ibarət milliyə baş məşqçi İbrahim İbrahimov, qadınlardan ibarət yığmamıza isə baş məşqçi Ramin İbrahimov rəhbərlik edir.