top
Seymur Səlimli: Region Liqası Klublarının Lisenziyalaşdırılması və Peşəkarlaşması - MÜSAHİBƏ Report.az
11 April 2026, 13:03
- ↺ +

Seymur Səlimli: Region Liqası Klublarının Lisenziyalaşdırılması və Peşəkarlaşması - MÜSAHİBƏ

AFFA-nın Lisenziya və Qeydiyyat Departamentinin rəhbəri Seymur Səlimli "Report"a müsahibə verib. Bir neçə gün əvvəl Region Liqası klublarının nümayəndələri ilə görüşən mütəxəssis lisenziyalaşdırma ilə bağlı yeniliklərdən danışıb. O, yeni qaydaların klubların idarəetmə, maliyyə və infrastruktur məsələlərində rolundan bəhs edib.

- Region Liqasının 1/4 finalına yüksələn klublar üçün lisenziyalaşdırma prosesində ən çox rast gəlinən çətinliklər hansılardır?

- Bildiyiniz kimi, İcraiyyə Komitəsinin 25.11.2025 tarixli qərarına əsasən II liqaya yüksələn klubların lisenziya prosesindən keçməsi icbari xarakter daşıyır. Klublar prosesdən keçəndən sonra çətinliklər barədə fikir bildirmək düzgün olardı. Ancaq demək olar ki, bəzi klublarda strukturlaşmış idarəetmə modelinin olmaması prosesə təsir göstərə bilər.

- "RL-II" lisenziya növünün tətbiqi Region Liqası klublarının gələcəkdə peşəkarlaşması baxımından hansı rolu oynayacaq?

- "RL-II" lisenziya növü Region Liqası klubları üçün peşəkar futbola keçid mərhələsində mühüm alət rolunu oynayır. Bu sistem klubların idarəetmə, maliyyə, infrastruktur və hüquqi baxımdan minimum standartlara uyğunlaşmasını təmin edir və onların daha yuxarı liqalarda iştirakı üçün hazırlıq səviyyəsini artırır.

- 2026/2027 mövsümü üçün müəyyən edilmiş lisenziya qaydalarında əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik varmı?

- Yeni mövsüm üçün ciddi dəyişikliklər nəzərdə tutulmayıb. Daha çox mövcud tələblərin təkmilləşdirilməsi və tətbiqi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulub. Məqsəd prosesin daha şəffaf və effektli şəkildə icrasını təmin etməkdir.

- Region Liqası klublarının maliyyə və infrastruktur baxımından tələblərə cavab vermələri üçün AFFA tərəfindən hansı dəstək mexanizmləri nəzərdə tutulub?

- AFFA tərəfindən klublara metodiki dəstək, maarifləndirici seminarlar, texniki təlimlər və məsləhət xidmətləri təqdim olunur.

- Lisenziya ala bilməyən klublar üçün növbəti addımlar necə tənzimlənəcək?

- Lisenziya ala bilməyən klublar üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırma qaydalarına uyğun olaraq apellyasiya prosedurları mövcuddur.

- Bu prosesin nəticəsi olaraq Region Liqasından neçə klubun növbəti mövsümdə II Liqaya yüksəlməsi mümkün görünür?

- Yüksəliş əldə edəcək klubların sayı yalnız idman nəticələri ilə deyil, eyni zamanda lisenziyalaşdırma tələblərinə tam cavab verilməsi ilə müəyyən olunur. Bu səbəbdən yekun say lisenziyalaşdırma prosesinin nəticələrindən asılı olacaq.

- Sənədlərin qəbulu və qeydiyyat prosesinin tam elektronlaşdırılması klubların işinə necə təsir edir?

- Qeydiyyat və sənəd qəbulu prosesinin elektronlaşdırılması, məsələn, KLS platformasının klubların istifadəsinə verilməsi, onlar üçün prosedurları əhəmiyyətli dərəcədə sadələşdirib. Bu yanaşma vaxt itkisini azaldır, şəffaflığı artırır və məlumatların operativ şəkildə emal olunmasına imkan yaradır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news