"Şəfa" klubu futbolçusu Tərlan Quliyevlə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisi məlumat yayıb.
34 yaşlı oyunçu 1 illik sözləşməyə imza atıb.
Xatırladaq ki, "Şəfa"nın kapitanı 2025-ci ildən komandada çıxış edir.