"Sabah" "Liv Bona Dea Arena"nı Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümü üçün ehtiyat stadion kimi təqdim edib.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlama verib.
O, komandanın ev oyunlarını bu stadionda keçirə biləcəyini söyləyib.
Xatırladaq ki, Premyer Liqada yeni mövsümə avqustun 14-də start veriləcək.