"Zirə" və "Payde" klubları mərhələni adlamaq üçün iddialıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan təmsilçisinin baş məçqçisi Rəşad Sadıqov Estoniyanın "Payde" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
Mütəxəssis görüşə yaxşı hazırlaşdıqlarını bildirib:
"Hər iki komanda mərhələni adlamaq üçün iddialıdır. İlk matç hər iki kollektiv üçün vacibdir. Səfər matçına çıxacağıq. Rəqib üstünlük yaratmaq və qələbə qazanmaq istəyəcək. Bizimlə matçla bağlı düşüncələrimiz var. "Payde" təcrübəli komandadır. Son 5-6 ildə avrokuboklarda uğurlu çıxışları ilə yadda qalıblar. Sabah bizi maraqlı və gərgin oyun gözləyir".
Xatırladaq ki, iyulun 23-də Estoniyadakı Parnu şəhərində keçiriləcək "Payde" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.