Türkiyənin "Qalatasaray" klubu futbolçusu Davinson Sançes üçün İtaliya təmsilçisi "Komo"nun ilk təklifini rədd edib.
"Report" xəbər verir ki, bu barədə "Tuttomercato" məlumat yayıb.
A Seriyası təmsilçisi 30 yaşlı müdafiəçiyə görə 25 milyon avro ödəmək istəyib. Lakin "sarı-qırmızılar" bununla razılaşmayıb. Hazırkı Türkiyə çempionu Sançes üçün 30 milyondan aşağı təklifləri dəyərləndirmək niyyətində deyil.
Xatırladaq ki, "Qalatasaray"da 121 oyuna çıxan futbolçu 10 qol və 4 məhsuldar ötürmə müəllifi olub.