İngiltərənin "Mançester Yunayted" klubu "Vest Hem"də çıxış edən Mateuş Fernandeş üçün təklif hazırlayır.
"Report" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
21 yaşlı yarımmüdafiəçi yayda "qırmızı şeytanlar"ın əsas transfer hədəflərindən biridir.
"Vest Hem" oyunçunu təxminən 80 milyon funt sterlinqə satmaq niyyətindədir. Mançester klubu bu məbləği həddindən artıq çox hesab edir və endirim olunmasını istəyir.
Xatırladaq ki, Mateuş Fernandeş 2025-ci ildən "Vest Hem"in formasını geyinir.