İngiltərənin "Mançester Yunayted" klubu qapıçı Karl Darlounun transferini açıqlayıb.
"Report" Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Uels millisinin 35 yaşlı qolkiperi ilə 2028-ci ilin iyununa kimi müqavilə bağlanıb.
K.Darlou əvvəllər İngiltərənin "Lids", "Nyukasl", "Hall Siti" və "Nottinqem Forest" klublarında çıxış edib. O, karyerası ərzində 279 oyun keçirib. Uelsli 2025/2026 mövsümündə "Lids"in əsas qapıçısı olub.