İspaniyanın "Real" klubunun futbolçusu Eduardo Kamavinqa karyerasını İngiltərədə davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
"Qırmızı şeytanlar" fransalı oyunçunun klubu ilə də danışıqlara start verib.
Xatırladaq ki, Eduardo Kamavinqa 2025/2026 mövsümündə La Liqada 29 oyunda 1 qolla yadda qalıb.