İspaniya və Argentina yığmaları arasında keçirilən DÇ-2026-nın final oyununun taleyi daha tez həll olunmalı idi.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu ispanların baş məşqçisi Luis de la Fuente Argentinaya qarşı mundialın final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis millinin böyük uğra imza atdığını bildirib: "Düşünürəm ki, matçın taleyi daha tez həll olunmalı idi. Rəqib qapıçının möhtəşəm qurtarışları qələbəni daha erkən təmin etməyimizə imkan vermədi. Amma bu, dünya çempionatının finalıdır. Oyunun sonunda 10 nəfərlə qalsan belə, sona qədər mübarizə aparmalı və əziyyət çəkməlisən".
Qeyd edək ki, İspaniya finalda Argentina seçməsinə 1:0 hesabı ilə qalib gələrək dünya çempionu adını qazanıb.