top
Lionel Messinin rekordları: DÇ-2026-nın finalında tarixi göstəricilər Report.az
19 July 2026, 23:33
- ↺ +

Lionel Messinin rekordları: DÇ-2026-nın finalında tarixi göstəricilər

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatının finalında İspaniyaya qarşı start heyətində meydana çıxan Argentina millisinin hücumçusu Lionel Messi iki tarixi göstəriciyə imza atıb.

"Report" xəbər verir ki, 39 yaşlı futbolçu dünya çempionatları tarixində üç final matçında iştirak edən ikinci oyunçu olub.

Messi bundan əvvəl 2014-cü ildə Almaniyaya və 2022-ci ildə Fransaya qarşı keçirilən final görüşlərində də forma geyinmişdi. Bu uğura ondan əvvəl yalnız braziliyalı Kafu nail olmuşdu. Kafu 1994, 1998 və 2002-ci illərdə mundialın finalında çıxış edib.

Bununla yanaşı, Messi dünya çempionatları tarixində final oyununa üç dəfə start heyətində başlayan ilk futbolçu kimi də tarixə düşüb. Kafu isə 1994-cü il mundialının finalında zədələnən komanda yoldaşı Jorjinyonu əvəz edərək ilk hissədə meydana daxil olmuşdu.

Argentina millisinin kapitanı həmçinin dünya çempionatlarının finalında meydana çıxan ən yaşlı meydan oyunçusu rekordunu yeniləyib. O, 39 yaşında final görüşünə start verməklə 1958-ci il dünya çempionatının həlledici matçında 37 yaş 241 günlük olarkən oynayan isveçli Qunnar Qreni geridə qoyub.

Bununla belə, mundialların final oyunlarında meydana çıxan ən yaşlı futbolçu rekordu hələ də italiyalı qapıçı Dino Zoffa məxsusdur. O, 1982-ci ildə Almaniya Federativ Respublikasına qarşı final matçında 40 yaş 133 günlük olarkən meydana çıxmışdı.

39 yaşlı Messi 2023-cü ildən ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir. O, daha əvvəl Fransanın PSJ və İspaniyanın "Barselona" klublarının formasını geyinib. Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Minifootball
Today, 17:12

Tələh Bəyov: "2026-cı ildə ilin ən yaxşı minifutbolçusu seçilmək mümkün qədər arzuludur"

Qarabagh FC
Today, 16:46

Azərbaycan Kubokunun 1/8 final cütləri müəyyənləşib – Oyunlar 1‑2 dekabrda keçiriləcək

Others
Today, 15:48

Elnur Məmmədov: 'Oceanman Azerbaijan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Football
Today, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir

Others
Today, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Football
Today, 13:19

FIFA rəsmisi Elxan Məmmədov: "Dünya çempionatına qatılan yığma Azərbaycan futbolunun gələcəyidir"

Olympics
Today, 12:59

MOK Şef-de-missiyası Anar Bağırov: Yeniyetmələr Dakar Olimpiya Oyunlarından Medallarla Qayıdacaq

Olympics
Today, 11:56

İki Azərbaycanlı taekvondoçu Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında yarışacaq

Volleyball
Today, 11:27

Polina Rəhimova: DH Volley bu mövsüm böyük hədəflər qoyub

Minifootball
Today, 10:36

Fərid Ələkbərov: Təcrübəsizlik Araz‑Naxçıvanın üstünlüyünü qorumağa mane oldu

Volleyball
Today, 09:48

Turan, CEV Çempionlar Liqasında Mladostu qonaqlayaraq cavab oyununu keçirəcək

Wrestling
Today, 09:04

Azerbaycanın üç güləşçisi Astanada Dünya çempionatına çıxır

Football
Today, 02:27

Liverpool, İngiltərə Liqa Kubokunun 1/8 finalında Çelsiyə penaltılarla qalib gəldi

Others
Yesterday, 22:30

Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib

Football
Yesterday, 19:31

Famil Xəlilov: U-16 Azərbaycan millisi növbəti oyunlarda qalib gələrək təcrübə toplayacaq

Wrestling
Yesterday, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Judo
Yesterday, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabagh FC
Yesterday, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Football
Yesterday, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Football
Yesterday, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Others
Yesterday, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabagh FC
Yesterday, 16:20

Ağdam klubi "Sabah" matçında azarkeşlərinin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Olympics
Yesterday, 16:14

Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq

Football
Yesterday, 15:53

Qarabağ Kubokunun II təsnifat mərhələsində İmişli, Şamaxı və Şahdağ Qusar 1/8 finala yüksəldi

Related news