Futbol üzrə dünya çempionatında İngiltərə və Argentina yığmaları arasında keçirilən yarımfinal matçının ən yaxşı oyunçusu bəlli olub.
"Report" xəbər verir ki, argentinalıların heyətində Lionel Messi oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, kapitan komandasının 2:1 hesablı qələbə qazandığı matçda vurulan iki qolun ötürməsini edib.