Futbol üzrə Fransa milli komandasının hücumçusu Kilian Mbappe turnir tarixində keçirdiyi oyunların sayına görə 1986-cı il dünya çempionatının qalibi olan argentinalı Dieqo Maradonanı geridə qoyub.
"Report" xəbər verir ki, fransalı futbolçu 2026-cı il dünya birinciliyinin üçüncü yeri uğrunda İngiltərə komandasına qarşı oyunda ilk dəqiqələrdən meydana çıxıb.
O, dünya çempionatlarındakı görüşlərin sayını 22-yə çatdırıb və bu göstəriciyə görə səkkizinci yerə yüksəlib.
Mbappe 2024-cü ildən İspaniyanın "Real" klubunda çıxış edir. O, 2024/25 mövsümündə İspaniya Superkubokunun və Qitələrarası kubokun sahibi olub. Fransa yığmasının tərkibində 2018-ci ildə Rusiyada dünya çempionatının qalibi olub və 2022-ci ildə Qətərdə keçirilən dünya birinciliyinin gümüş medalını qazanıb.