Misli Premyer Liqasının 2026/2027 mövsümünün IV turunun "Kəpəz" – "Şamaxı" matçında tamaşaçı rekordu yenilənib.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Gəncə şəhər stadionundakı qarşılaşmanı 15 000 tamaşaçı izləyib.
Əvvəlki rekord III turda eyni arenada baş tutan "Kəpəz" – "Turan Tovuz" görüşünə təsadüf etmişdi. Həmin matçı 13 500 azarkeş izləmişdi.
Xatırladaq ki, "Kəpəz" "Şamaxı"ya 1:4 hesabı ilə məğlub olub.