"İmişli" klubu "Kəpəz"dən ayrılan qapıçı Yusif İmanovu transfer edib.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
23 yaşlı qolkiperlə "2+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, Yusif İmanov "Sabah" və Kosovonun "Malişeva" komandasında da çıxış edib.