top
Həbib Ağayevdən müsahibə: Qız futbolunun inkişafı, U-19-un çıxışı və gələcək planlar Report.az
20 April 2026, 16:17
- ↺ +

Həbib Ağayevdən müsahibə: Qız futbolunun inkişafı, U-19-un çıxışı və gələcək planlar

Azərbaycanın 19 yaşadək qız futbolçulardan ibarət millisinin baş məşqçisi Həbib Ağayev "Report"a müsahibə verib. Mütəxəssis Avropa çempionatının seçmə mərhələsində Xorvatiya (0:6), Çexiya (0:9) və Gürcüstan (1:4) millilərinə qarşı oyunlardan danışıb. O, qız futbolunun inkişaf yolları haqqında düşüncələrini də bölüşüb.

- Gürcüstanla oyuna erkən qolla başlasanız da, hesabı qoruya bilmədiniz. Məğlubiyyətin əsas səbəbi yorğunluq oldu, yoxsa əvvəlki nəticələr səbəbindən yaranan konsentrasiya itkisi?

- Qrupdakı rəqiblərimizin üçü də çox güclü idi. Xüsusilə Xorvatiya və Çexiya digərlərindən xeyli üstün idilər. Gürcüstan ötən mərhələdə bizi 4:0 hesabı ilə məğlub etmişdi. Buna görə də rəqibin gücünə bələd idik. Oyuna çox istəkli və yaxşı başladıq, ilk 10 dəqiqədə təzyiq edib penalti qazandıq və hesabı açdıq. Amma hesabı qoruya bilmədik. Səviyyə fərqi sözünü dedi. Rəqibin heyətində "Roma" ilə müqavilə imzalayan, üstün keyfiyyətlərə malik hücumçu var idi. Üstəlik, iki ağır oyundan sonra futbolçularımızın gücü cəmi 10 dəqiqəyə çatdı. Ehtiyat oyunçular skamyamız geniş olmadığı üçün rotasiyalar edə bilmirik. Bu da fiziki dözümlülüyə təsir edir.

- Qarşılaşmanın son dəqiqələrində Aysu Əsədovanın qırmızı vərəqə alaraq meydandan qovulması intizamsızlıqdan xəbər verir, yoxsa oyunun gərginliyindən irəli gəlirdi?

- Bu, sırf əsəblə bağlı idi. Qızlar bu oyunda nəticə qazanmağı çox istəyirdilər. Rəqib komandanın futbolçuları, xüsusən də "10" nömrəli futbolçusu, komandanın kapitanı oyun ərzində bizimkiləri təxribata çəkirdi. Aysu da bu təzyiqə dözməyib əsəblərini cilovlaya bilmədi və rəqibi vurduğu üçün qırmızı vərəqə aldı.

- Üç oyuna 19 qol buraxıb, cəmi 1 qol vurduğunuz seçmə mərhələni necə dəyərləndirirsiniz?

- Qız futbolunda belə nəticələr, xüsusən də aşağı pillələrdə olan komandalar üçün tez-tez baş verir. Məsələn, elə Gürcüstanın özü bizdən, Çexiya və Xorvatiyadan ümumilikdə 10 top buraxmışdı. Hətta Çexiyanın Xorvatiyadan daha güclü olduğunu deyərdim. Sadəcə, penalti zamanı bəxtləri gətirmədi. Bizim böyük komandalarla başabaş oynamağımız üçün hələ çox zaman lazımdır. Bunun üçün səbrli olmalı və uşaq futbolunu inkişaf etdirməliyik. Bu gün 19 yaşadək qızlardan ibarət komandanı bir addım sonrakı - əsas milliyə hazır vəziyyətdə vermək qeyri-mümkündür. Sistem aşağı yaş qruplarından qurulmalı və inkişafa qız futbolunun kökündən başlanılmalıdır. Bu işlər görülməsə, əsas komandamızın çətinlikləri ildən-ilə artacaq.

- Xorvatiya (0:6) və Çexiya (0:9) ilə oyunlarda qeydə alınan böyükhesablı məğlubiyyətlərin səbəbi nə idi?

- Əsas səbəb həmin ölkələrdə qız futbolu mədəniyyətinin olmasıdır. Onlarda aşağı yaş qruplarında oğlanlarla qızlar bir yerdə məşq edib oyunlarda iştirak edirlər. Bu da onların inkişafına birbaşa təsir göstərir. Həmin futbolçular qızların komandalarında seçilirlər. Bizdə isə bu proses hələ yeni başladığı üçün aradakı fərq çox böyükdür.

- Hazırkı U-19 millisinin səviyyəsi rəqiblərlə müqayisədə kifayət qədər aşağı göründü. Heyətdə perspektiv vəd edən futbolçuların azlığı işinizə necə təsir edir?

- Əlbəttə, səviyyəli oyunçu sayının azlığı səbəbindən çətinlik çəkirik. Keyfiyyətli oyunçular nə qədər çox olarsa, nəticələr də bir o qədər fərqli olar. Bunun üçün yenə də aşağı yaş qruplarına diqqəti artırmalıyıq ki, U-19 səviyyəsinə daha hazırlıqlı futbolçular gəlsin. Belədə milliyə böyük dəstək olarıq.

- Bu seçmə mərhələdən sonra heyətdə köklü dəyişikliklər etməyi və ya bəzi futbolçularla yolları ayırmağı düşünürsünüzmü?

- Onsuz da yaşa görə 3-4 oyunçu komandanı tərk edəcək. Seçim imkanımız və oyunçu bazamız o qədər də geniş deyil ki, kimisə kənarlaşdırıb yerinə başqasını gətirək. Heyət çətinliklə formalaşır. Seleksiya baxımından ciddi sıxıntılar yaşayırıq. Ona görə də köklü dəyişiklik barədə düşünmürük.

- Azərbaycanda qız futbolunun inkişafı və rəqabətədavamlı komanda formalaşdırmaq üçün bundan sonra hansı addımların atılmasına ehtiyac var?

- Bölgələrdə istedadlı qızları axtarıb tapmalı və nəzarəti gücləndirməliyik. Şəxsi fikrim budur ki, qız futbolunu inkişaf etdirmək üçün oğlan futbolundan dəstək almalıyıq. Məsələn, xaricdə aşağı yaşlı oğlanların liqalarında komandada bir qızın oynamasına icazə verilir. Oğlanlarla birlikdə oynayan qızlar sonradan digərlərindən yaxşı mənada fərqlənirlər. Bizdə də U-7, U-8 liqalarında belə bir addım atılsa, bunun böyük xeyri olar. Məsələn, Ayşən Salamzadə nümunəsi var - o, uşaqlıqdan oğlanlarla oynadığı üçün texnikası və topu saxlamaq qabiliyyəti digərlərindən kəskin fərqlənir. Xarici təcrübədəki ən yaxşı metodları tətbiq etməli və səbrlə nəticəni gözləməliyik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
12 October 2026, 11:51

Nearly 51,000 tickets sold for the “Sabah” vs “Slavia” match – statement to KLUBDAN İDMAN.BİZ

Football
12 October 2026, 11:07

Harry Kane could extend his contract with Bayern until the summer of 2030.

Football
12 October 2026, 09:44

Real Madrid's forward Vinicius Junior has split from his girlfriend

Football
12 October 2026, 09:33

Duşan Vlahoviç debütündən sonra 4 ardıcıl matçda qol vurar, Beşiktaşın XXI əsr rekordunu qırdı

Football
11 October 2026, 22:55

Turan Tovuz beat Şəfa 0:1 - Video review

Qarabagh FC
11 October 2026, 22:25

İmişli – Qarabağ (0:2) match video recap

Judo
11 October 2026, 20:11

Azərbaycan Güləş Federasiyası Cüdo Federasiyasını dünya çempionatındakı tarixi nəticələr münasibətilə təbrik edib

Qarabagh FC
11 October 2026, 09:35

Misli Premyer Liqasında VII turun iki oyunu bu gün yekunlaşdırılacaq

Basketball
10 October 2026, 22:58

"Neftçi" started the season by defeating "Ordu" 83-79, while "LANDAU Lions" beat NTD 102-68;

Basketball
10 October 2026, 09:49

Azərbaycan Basketbol Liqasının II turunda "LANDAU Lions" NTD və "Neftçi" "Ordu" ilə qarşılaşacaq

Football
10 October 2026, 00:41

Azerbaijan women's national team defeated Antalyaspor 2-1.

Football
10 October 2026, 00:33

Video presentation of the 0:0 draw of the Neftçi‑Sabah match

Football
09 October 2026, 21:23

Premyer Liqanın VII turunda Sabah ilə Neftçi arasında bərabərlik

Football
09 October 2026, 19:49

Turkish Football Federation dismissed Montella

Football
09 October 2026, 17:52

Premyer Liqa VII turunda Kəpəz, Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Football
09 October 2026, 12:55

Asif Əliyev: Neftçi və Sabah arasındakı matçda nəticənin heç‑heçə olacağını gözləyir

Football
09 October 2026, 11:31

Mikel Arteta, Arsenalla yeni müqavilə imzalayaraq, dünyanın ən yüksək maaşlı baş məşqçisi oldu

Basketball
09 October 2026, 10:39

ABL will host Sumqayıt against Nakhchivan at home in the second round;

Football
09 October 2026, 05:14

Ancelotti broke a record in Brazil's national team by achieving the lowest win percentage

Football
08 October 2026, 22:59

Barcelona müdafiəçisi Xavi Esparta ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı

Judo
08 October 2026, 22:46

Judo World Championship held in Baku: Azerbaijan in third place

Football
08 October 2026, 21:23

UEFA appoints AFFA chief for Women's World Cup 2027 qualifying match

Judo
08 October 2026, 19:39

Murad Fətiyev: Dünya çempionatında medallarımızın sayı artacaq

Football
08 October 2026, 19:25

"Imishli" PFK – Zamir Hasanov and Rasul Allahverdiyev part ways;

Related news