Türkiyənin "Qalatasaray", Niderlandın "Ayaks" və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Hakim Ziyeş karyerasını Braziliyada davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, mərakeşli yarımmüdafiəçinin "Botafoqo"ya keçidi çərşənbə axşamı yekunlaşacaq. Tərəflər artıq transferlə bağlı razıılığa gəliblər.
Xatırladaq ki, Hakim Ziyeş son olaraq ölkəsinin "Vidad" klubunda çıxış edib.