top
Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil Qol.az
Today, 00:15
- ↺ +

Flik: Sabah bizə çətin anlar yaşatdı, amma səfərdə qələbə heç vaxt asan deyil

Çempionlar Liqasının Liqa mərhələsində "Barselona" Bakıda "Sabah"ı 4:1 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Kataloniya təmsilçisinin baş məşqçisi Hans Diter Flik matç haqda fikirlərini bildirib:

"Təbii ki, bu cür oyunlar futbolçular üçün çətin olur. Birinci hissədə 70 faiz topa sahib idik. Qoldan məmnun qalmadım. Çox asan qol buraxdıq, ciddi səhv etdik. Nəticədə üç xal qazandıq. Bizim üçün vacib xallardır. İkinci hissədə daha intensiv oyun getdi. Əlimizdən gələni etdik ki, hesabı qoruyaq".

Flik oyunçuların performansından razı qaldığını bildirib: "Yaxşı oynadılar. Birinci hissədən sonra dəyişikliklər etdim. Bəzi oyunçuları fasilədən sonra çıxardıq. 45 dəqiqə oynayanlar o demək deyil ki, pis çıxış etdilər. Sadəcə istədik ki, digər oyunçulara da şans verək. Nəzarət bizdə idi. Məmnunuq".

Baş məşqçi Aleks Baldenin durumu ilə bağlı suala cavab verib: "Nə baş verdiyini tam bilmirik. Ümid edirik ki, yaxşı olacaq. Oyunu da yaxşı keçirdi. Bu matçda bir az az oynadı. Amma ümumi olaraq yaxşı hesab etmək olar".

O, Qabriel Xesusun "Sabah"a qarşı performansını da dəyərləndirib. Mütəxəssis futbolçuya daha çox şans verib-verməmək istəməmsi haqda danışıb: "Bu, asan deyil. Rafinya da var. O da daha çox oynamaq istəyir. Qabriel elə futbolçudur ki, məşqlərdə özünü yaxşı göstərir, oyuna fokuslanır. Həmişə matçlara pozitiv yanaşır, Bakıya gələndə onunla danışdım. Bilmirəm bu, ona necə təsir göstərdi".

Mütəxəssis daha az oynayanların "Sabah"a qarşı çətinlik çəkib-çəkməməsi ilə bağlı suala belə cavab verib: "Əlbəttə, asan deyil onlar üçün. Oyun çətin keçdi. Onların meydanda az olması mənfi tərəfdən təsir göstərmədi. Oyunlarından razı qaldım. İkinci hissədə oyuna daha çox nəzarət etdik, daha çox qol vurduq, intensivlik daha yüksək idi. Üç xaldan məmnunam, səfərdə qalib gəldik. Kiməsə normal gələ bilər, amma qələbə heç vaxt asan deyil".

Hans Diter Flik Çempionlar Liqasında ən uzun səyahəti və bu prosesin necə keçməsi ilə bağlı suala da cavab verib: "Açığı, çox şeyin şahidi olmadıq. Mükəmməl oteldə qaldıq. İnsanlar çox qonaqpərvər və mehribandırlar. Çox gəzmək imkanımız olmadı. Buradakı atmosferdən razıyam. Azərbaycana ilk səfərim deyil, milli ilə gəlmişəm, bura 4-cü səfərimdir. Səhv etmirəmsə, 17 yaşlıların turniri üçün də gəlmişəm buraya. İnkişaf var, inqilabi dəyişikliklər hiss etdim, Bakı şəhəri gözəlləşir. "Sabah" özü də ÇL-də oynayır, bu turnir dünyadakı ən yaxşı turnirdir. "Sabah"ın baş məşqçisinin fəlsəfəsi aydındır, qəhrəmancasına, gözəl anlar yaşadılar. Bizə çətinlik yaşatdılar. "Sabah"a uğurlar arzulayıram. Çox vacibdir ki, həmişə inkişaf olsun. Burada inkişaf getdiyini düşünürəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 00:54

İvan Lepinitsa: 'Barselona hazırda dünyanın ən yaxşı üç komandasından biridir, onlara qarşı oynamaq olduqca çətindir'

Football
Today, 00:40

Aleksey İsayev: 'Barselona ilə oyunda maksimum səviyyədə oynadıq, 'Vilyarreal'la da öz futbolumuzu oynayacağıq'

Football
Today, 00:32

Valdas Dambrauskas: "Barselona" o qədər gözəl paslaşırdı ki, sağa-sola baxmaqdan boynum ağrıyırdı

Football
Today, 00:29

Dambrauskas: Barcelona qarşısında oyunçuların çətinliklərini hiss etdim

Football
Today, 00:22

Hans Flik: Sabah qəhrəmanca mübarizə apardı, qələbə heç vaxt asan olmub

Football
Yesterday, 23:46

Entoni Qordon ‘Sabah’–‘Barselona’ matçının ən yaxşı futbolçusu seçildi

Football
Yesterday, 23:13

Realın da addım atması lazımdır

Football
Yesterday, 22:46

Nazirlər “Sabah”‑“Barselona” oyununu izləyirlər

Football
Yesterday, 22:26

Sabah – Barselona matçında stadion girişində texniki problem

Football
Yesterday, 22:14

Aston Villa futbolçusu Alexandro Garnao heyətdən kənarda qaldı, klubla bağlı paylaşımlarını sildi

Football
Yesterday, 21:50

Latsionun yarımmüdafiəçisi Kennet Teylora "Nyukasl" və "Yuventus"un marağı təsdiqlənib

Football
Yesterday, 21:09

Bellinqem Qızıl Topun Jurnalistlər Üçün Olduğunu Bildirir

Football
Yesterday, 20:25

Barselonanın yarımmüdafiəçisi Fermin Lopes iki oyuna diskvalifikasiya olunub

Football
Yesterday, 20:00

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk "Aston Villa" matcından sonra Batrakovun şəkli ilə hazırlanmış şokolad hədiyyə alıb

Football
Yesterday, 19:42

Nyukasl klubunun səhmlərinin 25%-i satıla bilər

Football
Yesterday, 19:11

Qvardiola milli komandaya rəhbərlik etməyi düşünür

Football
Yesterday, 18:50

Rahim Sterlinq avtomobil qəzası və gülüş qazı istifadəsi ilə bağlı 12 aylıq şərti həbs cəzası aldı

Football
Yesterday, 18:39

Man City, rədd edilən qırmızı kartla üzr istəməyəcək

Others
Yesterday, 18:02

Baş nazir idman tədbirlərində hakimlərin xidmət haqqı normaları haqqında qərar imzalayıb

Football
Yesterday, 17:35

CAF 2026-cı ilin ən yaxşı oyunçusu adına son beş namizədi açıqlayıb

Football
Yesterday, 17:28

AFFA "Zəfər" komandasını U-14 Liqasında kənarlaşdırdı

Football
Yesterday, 17:12

Rahim Sterlinq 12 ay şərti azadlıqdan məhrum edildi

Football
Yesterday, 16:21

"Barselona" və "Real" arasında barışıq müqaviləsi imzalanmayıb

Related news