İspaniya millisinin üzvü Fabian Ruis eyni mövsümdə həm dünya çempionatını, həm də UEFA Çempionlar Liqasını qazanan oyunçuların sırasına qoşulub.
"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bunu bacaran 10 futbolçudan biridir.
Oyunçu DÇ-2026-da yığma ilə qızıl medala sahib çıxıb. O, Fransanın PSJ klubu ilə qitənin bir nömrəli klub turnirində əsas mükafatı qazanıb.
Daha əvvəl 9 oyunçu bir mövsümdə hər iki yarışda qalib gəlib. Bunlar almaniyalı futbolçular Frants Bekkenbauer, Gerd Müller, Zepp Mayer, Hans-Georq Şvartenbek, Paul Braytner, Uli Hönes, fransalı Kristian Karambö ilə Rafael Varan və braziliyalı Roberto Karlosdur.
Xatırladaq ki, İspaniya yığması DÇ-2026-nın finalında əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə üstələyib.