Emin Mahmudov "Neftçi"nin heyətində avrokuboklarda 10-cu qolunu vurub.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat paylaşıb.
Yarımmüdafiəçinin yubiley topu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) ilə ilk görüşünə təsadüf edib.
Milli komandanın kapitanı "ağ-qaralar"ın heyətində çıxdığı 26-cı avrokubok görüşündə 10-cu qolunu vurub. O, Azərbaycan klublarının heyətində 10 və daha çox qol vuran 6-cı futbolçu olub.
Qeyd edək ki, Emin Mahmudov "Neftçi"nin qitəmiqyaslı klub turnirlərində ən məhsuldar oyunçusudur.