Elmar Baxşıyev "Qəbələ" komandasının baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib.
Mütəxəssis bu barədə "Report"a açıqlama verib.
E.Baxşıyev hazırda heç bir klubla danışıq aparmadığını vurğulayıb:
"Heç kimlə danışıq aparmamışam. Olmayan bir şeyə şərh vermək mümkün deyil".
Elmar Baxşıyev 2020-ci ildən 2024-cü ilədək "Qəbələ"nin baş məşqçisi olub.
Xatırladaq ki, bölgə təmsilçisi ötən gün gürcüstanlı baş məşqçisi Kaxaber Sxadadze ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.