Futbol üzrə dünya çempionatında ABŞ və Paraqvay yığmaları arasında keçirilən D qrupunun matçının ən yaxşı oyunçusu müəyyənləşib.
"Report" xəbər verir ki, amerikalıların heyətində Folarin Baloqan oyunun ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, 24 yaşlı hücumçu sözügedən matçda dubl etməklə komandasının 4:1 hesablı qələbəsində pay sahibi olub.