Fransa yığması İspaniya ilə matçda zəif çıxış edib.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu "xoruzlar"ın baş məşqçisi Didye Deşam İspaniyaya qarşı DÇ-2026-nın yarımfinal mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis uduzduqları qarşılaşmanı şərh edib:
"Futbolçular çox məyusdurlar, çünki qarşıya böyük hədəflər qoymuşduq. Etiraf etməliyik ki, bu gün həmişəkindən zəif çıxış etdik. Üstəlik, matça tam nəzarət edən çox güclü komandaya qarşı mübarizə aparırdıq.
Bu nəticəyə görə ilk növbədə özümüz məsuliyyət daşıyırıq. Gözlədiyimiz oyunu sərgiləyə bilmədik və hücumda kifayət qədər təhlükəli olmadıq. Bir neçə texniki ötürmə səhvi etdik ki, bunlar qol epizodlarına çevrilə bilərdi. Yüksək səviyyəli futbolun reallığı məhz budur".
Qeyd edək ki, İspaniya Fransa seçməsinə 2:0 hesabı ilə qalib gələrək finala adlayıb.