2026-cı il futbol üzrə dünya çempionatında (DÇ-2026) İngiltərə yığmasının ən məhsuldar iki oyunçusu Harri Keyn və Cud Bellinqem komandanın fransızlarla üçüncü yer uğrunda matçının start heyətinə daxil edilməyiblər.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.
Keyn və Bellinqemin hərəsi cari turnirdə altı qol vurublar.
Qeyd edək ki, Mayamidə baş tutacaq görüş Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.
Qarşılaşmanı Venesueladan olan FIFA referisi Xesus Valensuela idarə edəcək.