Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
"Report" xəbər verir ki, O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək "Ludoqorets" (Bolqarıstan) - "Hapoel" (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Razqrad şəhərindəki "Ludoqorets Arena"da baş tutacaq.