Futbol üzrə dünya çempionatında tətbiq edilən Video Köməkçi Hakim (VAR) qaydalarından Azərbaycan Premyer Liqasında da istifadə olunacaq.
"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasınım texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərə açıqlamasında bildirib.
O, ikinci sarı vərəqə və küncdən zərbə zamanı mübahisəli epizodlarda VAR-a müraciət oluna biləcəyini söyləyib.
Xatırladaq ki, Premyer Liqada yeni mövsüm avqustun 14-də başlayacaq.