top
Azərbaycan klublarının avrokuboklar cavab oyunları üçün hakim təyinatları açıqlanıb Report.az
24 July 2026, 16:27
- ↺ +

Azərbaycan klublarının avrokuboklar cavab oyunları üçün hakim təyinatları açıqlanıb

Azərbaycan təmsilçilərinin UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında keçirəcəkləri cavab oyunlarının hakim təyinatları müəyyənləşib.

"Report" xəbər verir ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" və "Sabah" komandaları arasında keçiriləcək görüşü İsraildən olan referi Qal Leyboviç idarə edəcək. Ona Roy Hassan və Yossi Babayoff kömək edəcəklər. Dördüncü hakim Dekel Zino olacaq. VAR hakimi funksiyasını Daniel Bar Natan, AVAR vəzifəsini isə Eitan Şmuelevits yerinə yetirəcək.

İyulun 28-də Finlandiyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bakıda baş tutan ilk oyunda "Sabah" 1:0 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya) - "Qarabağ" cavab qarşılaşması Belçikadan olan Bram Van Drisşe həvalə olunub. Mişel Seeldraeyers və İv De Neve yan xətt hakimləri, Kevin Van Damme isə dördüncü hakim olacaq. VAR hakimi Bert Put, AVAR isə Vesli De Kremer təyin edilib.

İyulun 30-da Sofiyadakı "Vasil Levski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz bərabərliklə yekunlaşıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk) - "Neftçi" cavab matçına Şimali İrlandiyadan olan Tim Marşall təyinat alıb. Ona Georgios Arqiropulos və Rayan Kelsi kömək edəcəklər. Dördüncü hakim Şeyn MakQoniql olacaq.

İyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe Siti" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. İlk oyunda Belarus təmsilçisi Bakıda 4:2 hesablı qələbə qazanıb.

Konfrans Liqasının digər cavab oyununda "Zirə" - "Payde" qarşılaşmasını Xorvatiyadan olan Dario Bel idarə edəcək. Ona İvan Yaniç və Dino Knez kömək edəcək, dördüncü hakim funksiyasını isə Patrik Pavleşiç yerinə yetirəcək.

Tərəflər arasında cavab matçı iyulun 31-də Bakıda keçiriləcək. İlk qarşılaşmada Estoniya təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Others
Today, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib

Others
Yesterday, 22:30

Kriştianu Ronaldunun 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı bütün dövrlərin ən yaxşısı seçilib

Football
Yesterday, 19:31

Famil Xəlilov: U-16 Azərbaycan millisi növbəti oyunlarda qalib gələrək təcrübə toplayacaq

Wrestling
Yesterday, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Judo
Yesterday, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabagh FC
Yesterday, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Football
Yesterday, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Football
Yesterday, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Others
Yesterday, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabagh FC
Yesterday, 16:20

Ağdam klubi "Sabah" matçında azarkeşlərinin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Olympics
Yesterday, 16:14

Süleyman İsmayılzadə və Məryəm Cavadova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının açılış mərasimində Azərbaycan bayrağını daşıyacaq

Football
Yesterday, 15:53

Qarabağ Kubokunun II təsnifat mərhələsində İmişli, Şamaxı və Şahdağ Qusar 1/8 finala yüksəldi

Basketball
Yesterday, 15:48

"Sabah"ın basketbolçusu Mindauqas Suşinskas: FIBA Çempionlar Liqasında qrupdan çıxmaq şansı bizdədir

Boxing
Yesterday, 15:37

ABF rəsmisi Nağı Səfərov: Boks yığmasının 4 qitə birinciliyində qazandığı 25 medala məmnuniyyət ifadə etdi

Football
Yesterday, 14:45

Çelsi Mateo Kovaçiçi üçün Mançester Sitidən geri qaytarmaq planlarını nəzərdən keçirir

Boxing
Yesterday, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb

Football
Yesterday, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Football
Yesterday, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Football
Yesterday, 11:03

FIFA U-15 Dünya Çempionatı iştirakçıları üçün əyləncəli festival təşkil edildi

Others
Yesterday, 10:26

Bakıda Dünya Atletikasının dəstəyi ilə məşqçi seminarı başladı

Volleyball
Yesterday, 10:21

Leyla Əliyeva: EEVZA çempionatında beşinci yer istədiyimiz nəticə deyil

Qarabagh FC
Yesterday, 09:39

Qarabağ U-19 Uşaqları 15:30-da Azərsun Arena’da Dinamo ilə UEFA Gənclər Liqasında Oyunçu

Basketball
Yesterday, 09:32

"LANDAU Lions" FIBA Avropa Kubokunda Türkiyə “Denizli Basket” komandası ilə qarşılaşacaq

Basketball
Yesterday, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Related news