top
Ayxan Abbasov Zirəni xal qazanması münasibəti ilə təbrik etdi Report.az
07 April 2026, 19:41
- +

Ayxan Abbasov "Zirə"ni xal qazanması münasibəti ilə təbrik etdi

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXVI turunda qarşılaşdıqları "Zirə" komandasını 1 xal qazanmaları münasibəti ilə təbrik edib.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə sözügedən oyundan sonra təşkil edilən mətbuat konfransında danışıb.

O, 1:1 hesabı ilə başa çatan qarşılaşmanı şərh edib:

"Oyun kifayət qədər gərgin və maraqlı mübarizə şəraitində keçdi. İlk hissədə daha çox taktiki mübarizə ön planda idi və hər iki komanda ehtiyatlı davranırdı. Təəssüf ki, Balau yaranan imkandan yararlana bilmədi.

Fasilədən sonra rəqibin oyuna müdaxilə edəcəyini gözləyirdik. Lakin ikinci hissənin əvvəlində aldığımız qırmızı vərəqə planları çətinləşdirdi. Buna baxmayaraq, buraxılan qoldan sonra komanda ruhdan düşmədi və sonadək nəticə üçün mübarizəni davam etdirdi. Əvvəlki oyunlarda belə vəziyyətlərdə "dağılırdıqsa", bu dəfə daha dözümlü çıxış etdik.

10 nəfərlə "Zirə" kimi güclü rəqibdən xal qazanmaq müsbət nəticədir. Ümumilikdə, "Şamaxı" bu mövsüm gözləntilərin üzərinə çıxaraq daha iddialı mübarizə aparır. Əsas məqsədimiz futbolçuların son dəqiqəyə qədər mübarizəni dayandırmamasıdır. Rəqib komandanı 1 xal qazanması münasibəti ilə təbrik edirəm".

Qarabağ FK

Latest news

Judo
Today, 18:29

14-year-old Azerbaijani judoka dies

Football
Today, 18:04

Staff Changes at Zira PFC

Qarabagh FC
Today, 17:26

Elman Himayətoğlu “Zirə”nin idman direktoru təyin edilib

Football
Today, 17:08

WC-2026: France and Senegal's third round matches will take place

Football
Today, 16:56

Vagif Kasimov remembered the Seville - Real Betis Derby

Others
Today, 16:40

Azerbaijani taekwondo athlete wins gold medal at international tournament

Football
Today, 15:40

Sabail team signed a contract with a new football player

Judo
Today, 15:22

Əhməd Yusifov Qran-pridə bürünc medal qazandı

Football
Today, 14:36

Ceyhun Sultanov „Araz-Naxçıvan“ın prezidenti təyin edilib

Football
Today, 14:24

Kaan Ayhan Dünya Çempionatında 2-ci ən gec qələbə qolunu vurub

Football
Today, 13:51

Səbail klubu Rubin Seyidovu transfer edib

Basketball
Today, 12:40

Two clubs to represent Azerbaijan in FIBA Basketball Champions League

Football
Today, 11:31

DÇ-2026: ABŞ millisinin baş məşqçisi qrup liderliyinə görə təbrik gözləyib

Football
Today, 11:07

DÇ-2026: 19 komanda pley-off mərhələsinə vəsiqə qazandı

Football
Today, 10:45

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç: Komandanın oyunu inanılmazdır

Football
Today, 10:45

Avstraliya millisinin baş məşqçisi DÇ-2026-da komandanın oyununu yüksək dəyərləndirib

Football
Today, 10:28

Qustavo Alfaro Avstraliya yığması haqqında danışdı

Football
Today, 10:00

ABŞ milli komandası DÇ-2026-da qrup mərhələsində rekord qeydə alıb

Football
Today, 10:00

ABŞ milli komandası DÇ-2026-da mundiallar tarixində ən çox qol vurub

Others
Today, 09:43

UFC Fight Night Baku: İdmançıların çəkiölçmə mərasimi keçirilib

Football
Today, 09:20

Goncalo Ramos sent to PSG

Football
Today, 09:18

Sandro Tonali agrees to move to Tottenham

Football
Today, 09:04

Türkiyə yığması ABŞ üzərində qələbə qazandı

Football
Today, 08:30

Dünya çempionatında Paraqvay-Avstraliya matçının ən yaxşı oyunçusu

Related news