"DÇ-2026-nın 1/16 finalında keçirilən Argentina - Kabo-Verde matçı zamanı hər iki komandanın azarkeşləri arasında dava düşüb.
"Report" xəbər verir ki, Mayami stadionunda baş verən insident iştirakçılarını polis ayırıb.
Görüş Argentina yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 1/8 finalda argentinalılar Misir yığması ilə qarşılaşacaqlar. Oyun iyulun 7-də keçiriləcək.