top
AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib Report.az
21 April 2026, 21:31
- +

AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən 3, 4 və 5-ci kateqoriyalı, həmçinin xanım hakimlər üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

"Report" xəbər verir ki, sessiyadan əvvəl iştirakçı hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə testlər keçirilib.

Nəticələr göstərib ki, hakimlərin əksəriyyəti bu sahədə vəzifə və öhdəliklərini yaxşı başa düşürlər.

Sessiya zamanı Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəhbəri, UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Təlimçilər hakimlərin oyun prosesində oynadığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda, futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub AFFA-da hakimlər üçün danışılmış oyunlara qarşı sessiya təşkil olunub

Qarabağ FK

Latest news

Football
Today, 00:24

Inter are trying to transfer Niko Pas

Football
Today, 00:13

DÇ-2026: Ekvador və Almaniya arasında oyunda hesabı bərabər

Football
Today, 00:11

DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda Nikolas Pepe ilk qolu vurub

Football
Today, 00:04

DÇ-2026: Ekvador - Almaniya matçında Almaniya hesab açdı

Football
Today, 00:00

Futbol üzrə dünya çempionatında Kurasao - Fildişi Sahili oyunu

Football
Yesterday, 23:47

The CAR national team has qualified for the playoffs of the World Cup

Football
Yesterday, 22:51

The world's oldest footballer Kazuyoshi Miura extends contract

Football
Yesterday, 22:46

Mourinho Reveals the Best Problem

Basketball
Yesterday, 22:00

„Absheron Lions“ basketball club will operate under the name of „Landau Lions“

Football
Yesterday, 21:26

Sabail transfers their youngster

Basketball
Yesterday, 21:14

Sabah in the main phase of FIBA Champions League

Football
Yesterday, 20:59

The world's oldest footballer continues his professional career

Football
Yesterday, 19:59

Maxence Lacroix ready to join Chelsea

Football
Yesterday, 19:58

Italian club “Como” is interested in “Fenerbahce” footballer

Football
Yesterday, 19:12

Hacker breaches FIFA website

Football
Yesterday, 18:57

Vini Jr scores in every match for Brazil at World Cup 2026

Football
Yesterday, 18:29

Manchester City may transfer Elliot Anderson

Football
Yesterday, 16:37

Qətər futbolçusu Asim Madibonun 5 oyunluq diskvalifikasiyası

Minifootball
Yesterday, 16:00

Brazilian football player Filipinho transfers to Kuwait club

Football
Yesterday, 15:52

Shahriyar Aliyev can live a legionnaire life

Football
Yesterday, 15:40

South Korea national team lost to South Africa

Football
Yesterday, 15:08

Araz-Nakhchivan football player is a fan of the Portuguese national team at the World Cup

Football
Yesterday, 15:00

Neymar spoke about his debut

Football
Yesterday, 14:40

Bosnian footballer Kerim Alabyegovic made history at the World Cup

Related news