AFFA 20 yaşadək futbolçulardan ibarət dünya çempionatının final oyununun Azərbaycanda keçirilməsinin tərəfdarıdır.
"Report"un Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.
O, bu məsələ ilə bağlı Özbəkistan tərəfi ilə danışıqlar getdiyini vurğulayıb:
"AFFA olaraq final matçının ölkəmizdə təşkilinin tərəfdarıyıq. Özbəkistanlı həmkarlarla danışıqlar davam edir".