top
Prezident Kuboku-2026: Əlimurad Hacızadə gümüş medal qazandı - YENİLƏNİB Idman.biz
29 aprel 2026, 15:36
- ↺ +

"Prezident Kuboku-2026": Əlimurad Hacızadə gümüş medal qazandı - YENİLƏNİB

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan "Prezident Kuboku-2026" beynəlxalq reqatasının birinci yarış günündə idmançımız medal qazanıb.

İdman.Biz xəbər verir ki, komandamızın üzvü Əlimurad Hacızadə (2008–2009 təvəllüdlü) birnəfərlik kayak qayığında 200 metr məsafəyə yürüşdə gümüş medal qazanıb.

Digər mükafatçıların siyahısını təqdim edirik:

Tədbir çərçivəsində birinci yarış gününün qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

12:47

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə "Prezident Kuboku-2026" beynəlxalq reqatasının rəsmi açılışı mərasimi baş tutub.

İdman.Biz xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov Suqovuşanda artıq altıncı dəfədir beynəlxalq avarçəkmə yarışlarının keçirildiyini xatırladıb.

Nazir Qarabağın dilbər guşəsi Suqovuşanda təşkil olunan yarışda bütün iştirakçılara uğurlar arzulayıb:

"Hər kəsi böyük idman bayramı münasibəti ilə təbrik edirəm. Ölkə başçısı, İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş ərazilərdə beynəlxalq yarışların keçirilməsinə xüsusi önəm verilir. Bu gün mübarizə Suqovuşanda davam edəcək. İnanıram ki, ən güclü qalib gələcək".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda müxtəlif yaş qrupları üzrə avarçəkənlər bir nəfərlik kayak və kanoe qayığı ilə 200 metr məsafədə mübarizə aparacaqlar.

12:53

Bu gün Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunan akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq reqatasında ilk mükafatçılar bəlli olacaq.

İdman.Biz xəbər verir ki, mübarizəyə Suqovuşanda, saat 12:00-da start veriləcək.

Günün yekununda mükafatçılar təltif olunacaqlar.

Qeyd edək ki, reqatada Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan turnirə aprelin 27-də Ağdərənin Sərsəng su anbarında start verilib. Reqata mayın 1-də başa çatacaq.

Humay İsgəndərova

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər