top
Peşəkar Çövkən Liqasında 6-cı tur başa çatdı: Sərhədçi liderliyini davam etdirir Idman.biz
02 may 2026, 16:39
- ↺ +

Peşəkar Çövkən Liqasında 6-cı tur başa çatdı: "Sərhədçi" liderliyini davam etdirir

Peşəkar Çövkən Liqasında altıncı turun oyunları başa çatıb.

İdman.Biz Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, ilk oyun günündə "Şamaxı" "Omar"a qarşı matça yaxşı başlasa da, üstünlüyünü fasiləyədək qoruya bilməyib.

İkinci hissədə daha effektiv çıxış edən "Omar" ardıcıl 2 qol vuraraq oyunda 3:1 hesablı qələbə qazanıb.

Günün digər qarşılaşmasında "Elite" "Zəfər"lə üz-üzə gəlib. "Elite" sona 5 dəqiqə qalmış üçüncü qolu vuraraq qələbəni təmin etmiş kimi görünürdü. Lakin "Zəfər" təslim olmayıb, oyunun dərhal ardından mərkəzdən başladığı hücumla fərqi azaldıb və ardınca daha bir qol vuraraq hesabı bərabərləşdirib. Matçın son saniyələrində "Zəfər" 2:3 hesablı məğlubiyyətdən qaçmağa yaxın olsa da, son epizodlardan yararlana bilməyib.

Turun ikinci günündə diqqət mərkəzində "Buta Golden" - "Polad" oyunu olub. Qarşılaşmaya daha fəal başlayan "Buta Golden" üstünlüyü ələ almağa çalışsa da, "Polad" yaratdığı azsaylı imkanlardan birini dəyərləndirərək hesabı açıb. İkinci hissədə də oyunun gedişatı dəyişməyib. "Buta Golden" penalti şansını qaçırıb, "Polad" isə əks-hücumda daha bir dəfə fərqlənərək 2:0 hesablı qələbəni rəsmiləşdirib.

Digər iki oyunda isə gözlənilməz nəticə qeydə alınmayıb. "Embawood" "Atilla"nı 7:0, "Sərhədçi" isə "Xəzər"i 6:0 hesabı ilə məğlub edib.

6 turdan sonra turnir cədvəlinə 18 xalla "Sərhədçi" başçılıq edir. "Polad" və "Embawood" 15 xalla ikinci-üçüncü yerləri bölüşür.

"Sərhədçi"nin oyunçusu Vahid Məmmədov bu tur 5, "Embawood"dan Elmir Əliyev isə 3 qol vuraraq bombardirlər siyahısında 12 qolla liderliyi bölüşürlər.

Bakıda keçiriləcək dünya çempionatı ilə əlaqədar liqada təxminən bir ay yarımlıq fasilə yaranacaq. Mütəxəssislər növbəti turlarda mübarizənin daha da gərginləşəcəyini bildirir və bu dövrü "fırtınaqabağı sakitlik" kimi qiymətləndirirlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər