Rusiyanın Kamçatka diyarındakı biatlon kompleksində atıcılıq məşqi zamanı uşaqlardan biri ciddi xəsarət alıb.
İdman.biz "Kamchatinfo"ya istinadən xəbər verir ki, 11 yaşlı qız pnevmatik tüfəngdən atəş açaraq həmyaşıdının göz nahiyəsini zədələyib.
Məşq zamanı uşağın sağ gözü ciddi xəsarət alıb.
Kamçatka diyarı prokurorluğu hadisə ilə bağlı araşdırma aparır və məşq zamanı təhlükəsizlik tədbirlərinə cavabdeh şəxslərin fəaliyyətini qiymətləndirir.