top
“Bakı-Xankəndi” velosiped yarışı barədə videoçarx “Eurosport” və “Euronews”da Idman.biz
01 may 2026, 17:37
- ↺ +

“Bakı-Xankəndi” velosiped yarışı barədə videoçarx “Eurosport” və “Euronews”da

Bu gündən etibarən "Eurosport" və "Euronews" telekanallarında mayın 10-14 tarixlərində keçiriləcək "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışına həsr olunmuş təqdimat videoçarxının nümayişinə başlanıb.

İdman.Biz xəbər verir ki, videoçarxda yarış haqqında qısa məlumat, onun mərhələləri, yarış iştirakçılarının keçəcəyi ərazilər öz əksini tapır.

Xatırladırıq ki, bir Dünya Turu komandası, dörd Pro-Tur komandası, 19 kontinental komanda və Azərbaycan yığma komandası Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) yüksək səviyyəli, 2.1 kateqoriyalı bu yarışda iştirakını təsdiqləyib. Həmin komandalar haqqında məlumatları "bakukhankendi.az" saytından əldə etmək olar.

Beş mərhələdən ibarət olan "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının mərhələləri:

Birinci mərhələ, 10.05.2026

Yarış iştirakçıları "Sea Breeze Resort"da start götürərək Bakı şəhərinin görməli yerlərindən keçəcək və Sumqayıtda finişə çatacaqlar (158,4 km)

İkinci mərhələ, 11.05.2026

Bakı - Şamaxı - İsmayıllı (193,3 km)

Üçüncü mərhələ, 12.05.2026

Qəbələ - Oğuz - Şəki - Mingəçevir (162,9 km)

Dördüncü mərhələ, 13.05.2026

Gəncə - Göygöl - Goranboy - Suqovuşan - Talış - Naftalan (152,8 km)

Beşinci mərhələ, 14.05.2026

Tərtər - Ağdam - Füzuli - Şuşa - Xankəndi (181,5 km)

"Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışı çox maraqlı və cəlbedici bir idman yarışı olmaqla bərabər, həm də ölkəmizin turizm potensialını, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və inkişaf proseslərini dünya ictimaiyyətinə çatdırmaq üçün müstəsna imkanlar yaradır.

Yarışın gedişini hər gün "Eurosport" və "CBC Sport" kanalları vasitəsilə canlı olaraq izləmək, bundan əlavə yarış günləri axşam "Eurosport" və "CBC Sport" kanallarında efirə veriləcək xüsusi verilişlər vasitəsilə, habelə "bakukhankendi.az" və "azvif.az" saytlarından ətraflı məlumat almaq olar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər