top
Azərbaycan və Polşa antidopinq agentlikləri arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə edilib Sport24.az
04 iyul 2025, 17:20
- +

Azərbaycan və Polşa antidopinq agentlikləri arasında əməkdaşlığın inkişaf istiqamətləri müzakirə edilib

2025-ci ilin mart ayında Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Polşa Antidopinq Agentliyi (POLADA) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində POLADA-nın direktoru, Avropa Şurasının Antidopinq Konvensiyasının Monitorinq Qrupunun sədri Mixal Rinkovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

 

Sport24.az xəbər verir ki, səfər çərçivəsində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Anlaşma Memorandumundan irəli gələn öhdəliklər, qarşılıqlı əməkdaşlığın inkişaf istiqamətləri və ortaq maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər, xüsusilə təmiz idman mühitinin təşviqi, idmançılar arasında maarifləndirmənin gücləndirilməsi, dopinqə qarşı mübarizədə birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılmasının vacibliyini vurğulayıblar.

 

Görüşdə beynəlxalq antidopinq standartlarının tətbiqi, Ümumdünya Antidopinq Agentliyinin (WADA) müəyyən etdiyi tələblərə uyğunluq və Avropa Şurasının Antidopinq Konvensiyasının icrası ilə bağlı aktual məsələlər də müzakirə edilib. Həmçinin gələcək əməkdaşlıq planları çərçivəsində antidopinq təlimlərinin təşkili, laboratoriya imkanlarının inkişafı və idmançılara dəstək məqsədilə ortaq təhsil proqramlarının həyata keçirilməsi imkanları nəzərdən keçirilib.

 

Sonra tərəflər 2026-cı ilin mayında Las-Veqasda keçirilməsi planlaşdırılan və dopinqi açıq şəkildə təşviq edən "Enhanced Games" adlı yarışla bağlı narahatlığını bölüşərək, bu cür təşəbbüslərin idmançıların sağlamlığına və təmiz idman prinsiplərinə ciddi təhlükə yaratdığını vurğulayıblar. Bu kimi tədbirlərin idmanda ədalətli rəqabətə zidd olduğu və gənclərə mənfi təsir göstərdiyi xüsusi qeyd olunub.

 

Tərəflər beynəlxalq antidopinq siyasətinə sadiqliyin vacibliyini vurğulayıb və bu istiqamətdə regional və beynəlxalq miqyasda əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Sonda belə səfərlərin və tərəfdaşlığın yalnız yerli deyil, beynəlxalq idman ictimaiyyətində də təmiz idman dəyərlərinin təşviqinə mühüm töhfə verəcəyi bildirilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:05

Komo klubu Çelsinin hücumçusunu transfer etməyə çalışır

Futbol
Bu gün, 02:04

Kərim Benzema əvəzlənməsindən narazı qalaraq məşqçi ilə mübahisə edib

Futbol
Bu gün, 01:53

Atalanta yoldaşlıq oyununda Atletik Bilbaonu məğlub edib

Futbol
Bu gün, 01:35

Koventri Siti yoxlama oyununda Monakonu məğlub edib

Futbol
Bu gün, 00:55

Türkiyə Superliqası: Qalatasaray debütant Arca Çorumu məğlub edə bilməyib

Futbol
Bu gün, 00:32

Dastan Satpayev 2026/2027 mövsümünü “Börnli”də keçirəcək

Futbol
Bu gün, 00:10

Kilian Mbappe: „Əminəm ki, bu mövsüm titul qazanmağa qayıdacağıq“

Futbol
Dünən, 23:57

Misli Premyer Liqasının 1-ci turu: Turan Tovuz - Qəbələ

Futbol
Dünən, 23:49

"Liverpul"un səhmlərinin bir hissəsi "1892 Holdings"ə satılıb

Futbol
Dünən, 23:32

Qalatasaray Aleksey Batrakov üçün 25 milyon avro təklif edib

Futbol
Dünən, 23:15

Əliyar Ağayev "Rakuv" - "Hayduk" oyununa təyinat alıb

Güləş
Dünən, 23:00

Süleyman İsmayılzadə Avropa Çempionatında 17-ci olub

Futbol
Dünən, 22:54

"Səbail" Türkiyədə ilk yoxlama oyununda qələbə qazandı

Futbol
Dünən, 22:45

Kaxaber Tsxadadze “Qəbələ”də böyük potensial görüb

Minifutbol
Dünən, 22:39

Səbail Boluda ilk yoxlama oyununu qələbə ilə başa vurdu

Futbol
Dünən, 22:29

İmad Farac “Neftçi”dən “Esperans”a keçdi

Futbol
Dünən, 22:13

De Yonq: “Çempionlar Liqası bizim üçün xüsusi bir bənddir”

Futbol
Dünən, 22:07

Neftçi futbolçusu İmad Farac Tunisin Esperans klubuna keçdi

Futbol
Dünən, 21:55

Atletiko Marseldə “Monako”ya qalib olub

Cüdo
Dünən, 21:41

Azərbaycanlı paracüdoçu Avropa çempionatında bürünc medal qazanıb

Futbol
Dünən, 21:14

Mançester Siti "Barselona"nın təkliflərindən məyus olub

Futbol
Dünən, 20:57

"Çelsi" Enzo Fernandes üçün yazılı təklifalmadı

Futbol
Dünən, 20:41

Şaxtyor Çempionlar Liqası oyunlarını Stemford Bridcдə keçirmək istəyir

Futbol
Dünən, 20:33

Turan Tovuz Qəbələni məğlub edib

Oxşar xəbərlər