top
Elcan Hacıyev: Görüşdən sonra, bəlkə də, iki saat ağladım, amma bürünc medala sevinirəm Sport24.az
18 iyun 2025, 12:40
- ↺ +

Elcan Hacıyev: "Görüşdən sonra, bəlkə də, iki saat ağladım, amma bürünc medala sevinirəm"

"Bəlkə də son səkkiz ayı məhz bu an üçün çalışaraq keçirmişəm". Sport24.az xəbər verir ki, bu sözləri Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Azərbaycan cüdoçusu (90 kq) Elcan Hacıyev deyib.

 

Bürünc medal uğrunda görüşdə estoniyalı Kristofer Kalyulaidi məğlub edən ötən ilin Avropa çempionu nəticənin əhəmiyyətindən danışıb: "Çox xoşbəxtəm, baxmayaraq ki, buraya qızıl medal üçün gəlmişdim. Amma bürünc medala da razı qala bilərəm. Yarımfinalda Qoki Tacima ilə döyüş çox çətin keçdi. Mən ipponla qalib gəlmək istəyirdim, vadza-ari ilə yox. Amma rəqibim - ötən ilin dünya çempionu - məni fənddə yaxaladı. Onun bu fəndi bir neçə dəfə etməyə çalışdığını görmüşdüm, amma bu dəfə qarşısını ala bilmədim. Görüşdən sonra, bəlkə də, iki saat ağladım. Hiss edirdim ki, bu görüş mənim xeyrimə nəticələnə bilərdi. Amma məşqçilərimin sayəsində özümə gəldim və bürünc medal uğrunda qarşılaşmaya çıxdım".

 

Olimpiadadan sonra çiyin və dizindən iki dəfə əməliyyat olunduğunu deyən Hacıyev reabilitasiya dövründən də danışıb: "Səkkiz-doqquz ay məşq etməyə icazəm yox idi, yalnız çiyin və diz üzərində çalışmağa icazə verilmişdi. Sonra isə çox ağır məşqlər başladı. Əvvəlki kimi deyildi, çünki normal hazırlıq olmadığından çəkim 105 kiloqrama qədər qalxmışdı! Ona görə də, Düşənbədə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazandıqdan sonra bu günkü nəticə çox yaxşıdır".

O, komanda yoldaşlarının ona motivasiya verdiyini də vurğulayıb: "Hidayət Heydərov bir ildə Avropa, dünya və Olimpiya çempionu oldu və o, mənə həmişə böyük motivasiya verir. Bu gün bizim digər Olimpiya və dünya çempionumuz Zelim Kotsoyev çıxış edəcək, ümid edirəm ki, o, qızıl medal qazanacaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Futbol
Bu gün, 18:32

"Mançester Yunayted" Didye Deşamla əlaqə saxlayır

Futbol
Bu gün, 18:22

Braziliyada futbol oyunu zamanı futbolçunun pariki başından düşdü

Futbol
Bu gün, 18:21

Neftçi, 6 noyabrda Kəpəzlə qarşılaşacaq

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:17

Elvin Quliyev: "Futsalda gənc oyunçulara şans veririk, inkişaf etməsini istəyirik"

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Futbol
Bu gün, 17:17

Ronaldo Azərbaycan millisinə qarşı dubl etdi: Onun beynəlxalq karyerasındakı 13-cü və 14-cü qolları

Futbol
Bu gün, 17:14

“Ayın qolu” layihəsinin oktyabr ayı qalibləri bəlli oldu

Oxşar xəbərlər