top
Budapeştdə əsas hazırlıq: Azərbaycanın dünya çempionatında növbəti qızıl imkanları Idman.biz
30 may 2025, 15:46
- ↺ +

Budapeştdə əsas hazırlıq: Azərbaycanın dünya çempionatında növbəti "qızıl" imkanları

Cüdo üzrə dünya çempionatının başlamasına cəmi iki həftə qalıb. Turnir iyunun 13-də Budapeştdə start götürəcək. Azərbaycanın millisi artıq yarışa qatılacaq heyəti müəyyənləşdirib. Hidayət Heydərov və Zelim Kotsoyev ötən il qazandıqları titulu bu dəfə qorumağa çalışacaqlar. Amma medal ümidi yalnız bu iki Olimpiya çempionumuzla məhdudlaşmır.

İdman.biz xəbər verir ki, komanda Macarıstan paytaxtına ən güclü heyətlə yollanacaq.

Onların arasında Podqoritsada keçirilmiş Avropa çempionatında fərqlənən bir sıra cüdoçular da var. Bu turnirdə bürünc medal qazanmış Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) dünya çempionatının heyətində yer alıblar. Kotsoyev üçün Monteneqrodakı turnir Olimpiadadan sonra ilk rəsmi yarış idi və o, gümüş medal qazanaraq Parisdəki qələbədən sonra da yaxşı formada olduğunu göstərdi.

Podqoritsa medalçılarından yalnız Murad Fətiev (81 kq) Budapeşt heyətinə daxil edilməyib. Buna səbəb Avropa çempionatında aldığı zədənin onu dünya çempionatından kənarda saxlamasıdır.

Komanda, təbii ki, Budapeştə böyük ümidlərlə yollanır. Keçən il Hidayət və Zelim Əbu-Dabidə böyük sensasiyaya imza atmışdılar və indi onların titullarını qorumaları təbii gözlənti kimi qəbul olunur. Əsas məsələ isə bu dəfə hansı formada çıxış edəcəkləridir.

Hidayət Heydərov Paris Yay Olimpiya Oyunlarından sonra tatamiyə çıxmayıb. Xəstəlik üzündən Avropa çempionatını da buraxıb və indi tatamiyə qayıdır. Amma keçən il Avropa, dünya və Olimpiya çempionluğunu qazanmaqla onun üçün mümkünsüz heç nəyin olmadığını sübut etmişdi. Bu səbəbdən Budapeşt turniri Heydərov üçün yeni bir motivasiya mənbəyidir.

Zelim Kotsoyev də Avropa çempionatında qazandığı gümüşdən sonra tatamiyə dönməkdən zövq aldığını bildirib. Zelim yaxşı formadadır və ikinci dünya çempionluğunu qazanmaq onun üçün bu mövsüm əsas hədəfdir. Qeyd edək ki, o, son üç dünya çempionatında ardıcıl medal qazanıb – 2022-də Daşkənddə bürünc, 2023-də Dohada bürünc və 2024-də Abu Dabidə qızıl medallar.

Amma medal iddiası yalnız yığmanın liderləri ilə məhdudlaşmır. Bütün çəki dərəcələrində mükafat şanslarımız var. Məsələn, 81 kq çəki dərəcəsində Zelim Tçkayev də əsas favoritlərdən sayılır. "Böyük Dəbilqə"nin dördqat qalibi keçən ay ilk dəfə Avropa çempionatında medal qazanıb və bu onun növbəti hədəfini aydın göstərir.

Zədədən qayıtdıqdan sonra Astanada "Böyük Dəbilqə" turnirini qazanan Elcan Hacıyev (90 kq) də medal uğrunda mübarizəyə hazırdır. Ötən ilin Avropa çempionu olan idmançımız dünya arenası üçün artıq tanış simadır və bu onun üçün üçüncü dünya çempionatı olacaq.

Əhməd Yusifov (60 kq), Ruslan Paşayev (66 kq), Rəşid Məmmədəliyev (73 kq), Vüqar Talıbov (90 kq) və Uşangi Kokauri (+100 kq) da Budapeştə yaxşı əhvalda yollanırlar. Onlar artıq beynəlxalq səviyyədə tanınırlar və sürpriz nəticələrə imza atmaq gücündədirlər. Burada əsas olan döyüşün necə keçməsidir.

Qadınlardan ibarət komanda üçün də bu dünya çempionatı mühüm mərhələ ola bilər. Leyla Əliyeva, Kö­nul Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) Budapeştdə tatamiyə çıxacaqlar. Onlar ayrı-ayrı turnirlərdə potensiallarını göstəriblər, amma dünya çempionatında fərqlənmək daha çətindir. Deməli, irəliləmək üçün səbəb var.

Bu dünya çempionatı, əslində, yeni Olimpiya dövrünün başlanğıcıdır, bu səbəbdən mübarizə daha maraqlı və gözlənilməz olacaq. Xüsusilə də bu mövsüm tətbiq edilən yeni qaydalar Budapeştdə ilk böyük sınaqdan keçəcək. Daha sonra Beynəlxalq Cüdo Federasiyası bu qaydaları Los-Anceles-2028-ə gedən yolda rəsmi şəkildə təsdiq edəcək.

Qısası, çox yaxın günlərdə azarkeşləri ən yüksək səviyyədə cüdo həftəsi gözləyir. Azərbaycan idmançıları yenə də ön sırada olmağa iddialıdırlar.

Zəki Feyzullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Qarabağ FK
Bu gün, 10:23

Zirə – Qəbələ: 7 noyabr 18:30, Premyer Liqası 11. tur

Futbol
Bu gün, 10:15

Amed, Galatasarayın taxtını qorumağa çalışır, Manchester City təzyiq altında

Gimnastika
Bu gün, 10:05

Selcan Mahsudova batut gimnastikası üzrə Dünya çempionatında finala yüksəldi

Futbol
Bu gün, 10:00

Neftçi Legioneri: Mövsümün Sonunda İstəyimizə Çatacağıq

Futbol
Bu gün, 09:54

Ronaldo binqodan, Foden balıq tutaraq, Xavi göbələk yığaraq – futbol ulduzlarının maraqlı hobbiləri

Digər
Bu gün, 09:48

Əli Ataşov IMMAF Dünya Çempionatında Bürünc Medal Qazandı

Futbol
Bu gün, 09:41

Azərbaycan qadın milli komandası UEFA Millətlər Liqası üçün oyun təqvimi açıqlanıb;

Futbol
Bu gün, 09:40

Portuqalı ulduz futbolçu Nani Aktobe klubundan ayrıldı

Futbol
Bu gün, 09:28

Villan Paço Barselona transferi istəyir, amma məşqçi Luis Enrike qarşıdır

Futbol
Bu gün, 09:20

Bayern Münich 18 yaşlı Polşalı sol cinah oyunçusu Oskar Pituşevskiyi transfer radarına aldı

Qarabağ FK
Bu gün, 09:00

Zirə Qəbələ'yi 11-ci Turda Qonaq Eder

Futbol
Bu gün, 08:41

Portuqaliya milli komandası məşqçisi Ronaldo ilə ayrılmağı şərh etdi;

Futbol
Bu gün, 08:40

Ronaldo, Portuqaliya millisinin vida matçına dəvəti rədd etdi

Qarabağ FK
Bu gün, 08:20

“SOCAR Polymer Arena”da Şəfa ilə Araz‑Naxçıvanın dueli

Futbol
Bu gün, 08:12

Messi Argentina klubuna qayıtmaq şansını rədd edir

Futbol
Bu gün, 08:00

Neymarın atası Santos klubunun baş meneceri təyin edildi

Futbol
Bu gün, 07:18

“Barselona” Xulian Alvaresi üçün 100 milyon avroluq transferdən imtina etdi

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Oxşar xəbərlər