Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın Sofiya şəhərində keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.
Taekvondo Federasiyasından "Report"a verilən məlumata görə, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.