top
Azərbaycan Cüdoçularının Dünya Çempionatındakı Nəticələri: Bürünc Medallar və Gözlənilməz Məğlubiyyətlər Idman.biz
20 iyun 2025, 13:17
- ↺ +

Azərbaycan Cüdoçularının Dünya Çempionatındakı Nəticələri: Bürünc Medallar və Gözlənilməz Məğlubiyyətlər

Cüdo üzrə dünya çempionatı Azərbaycan millisinə üç bürünc medal qazandırdı. Bu nəticə göstərdi ki, ötən mövsümün parlaq uğurlarından sonra komanda yeni Olimpiya dövründə böyük yolun başlanğıcındadır. Nəticə qənaətbəxş sayılsa da, əldə olunan göstərici düşündürməyə bilməz.

İdman.biz xəbər verir ki, mövsümün əsas yarışının nəticələri birmənalı qarşılanmadı.

Bir tərəfdən, Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) dünya çempionatlarında ilk medallarını qazandılar, digər tərəfdən isə Hidayət Heydərovun (73 kq) dönüşü uğursuz oldu. O, ilk görüşdə gürcü Otari Kvantidzeyə uduzaraq gözlənilmədən mübarizəni erkən dayandırdı. Bununla belə, unutmayaq, Olimpiya çempionu yenilənmiş qaydalarla ilk dəfə tatamiyə çıxırdı ki, burada da "yuko" xalı həlledici ola bilər. Üstəlik, Heydərov Parisdən sonra yarışlarda iştirak etməmiş, Avropa çempionatını da soyuqdəymə səbəbindən buraxmışdı. Belə bir vəziyyətdə birbaşa dünya çempionatında çıxış etmək psixoloji baxımdan asan deyildi. Amma şübhə yoxdur ki, Hidayət bu uğursuzluqdan nəticə çıxaracaq və daha güclü şəkildə qayıdacaq – hər şey onun öz əlindədir.

Digər Olimpiya çempionumuz Zelim Kotsoyev isə Avropa çempionatının gümüş medalından sonra dünya çempionatında bürünc mükafatçı oldu. Budapeştdəki çıxışı asan keçmədi, dörddəbir finalda erməni əsilli rusiyalı Arman Adamyana məğlub olmaqla da ötənilki titulunu qorumaq şansını itirdi. O, ipponla qalib gəldiyini düşünərək bir anlıq arxayınlaşdığından rəqibin tutma fəndinə tuş gəldi. Bu emosional vəziyyətdən çıxaraq əvvəlcə İspaniya təmsilçisi Nikolaz Şerazadişvilini, sonra isə bürünc medal uğrunda görüşdə cənubi koreyalı Seheon Kimi məğlub etdi. Kotsoyev özü də etiraf edir ki, hələ ideal formasına çatmayıb, amma zamanla buna nail olacaq.

Elcan Hacıyev isə 90 kq çəki dərəcəsində aparıcı cüdoçulardan biri olduğunu sübut etdi. İlk dünya bürüncü xüsusilə dəyərlidir – çünki Olimpiadadan sonra çiyin və dizindən iki dəfə əməliyyat olunmuşdu. Finala çıxmağa yaxın olsa da, yaponiyalı Qoki Tacimaya uduzdu – hesabda öndə olduğu görüşdə riskli bir fəndlə fərqlənmək istədi, lakin rəqibin fəndi ilə qarşılaşdı. Bürünc medal uğrunda görüşdə isə estoniyalı Kristofer Kalyulaidə qalib gəldi. Keçmiş Avropa çempionu üçün yeni perspektivlər açıldı.

Zelim Tçkayev (81 kq) dünya çempionatlarında ilk medalını qazandı və bu, komanda üçün hazırkı turnirdə ilk uğur oldu. O, Olimpiya mükafatçısı cənubi koreyalı Cun-Hvan Lini yarışdan kənarlaşdırdı, yarımfinalda üçqat dünya çempionu Tato Qriqalaşvili ilə bərabər mübarizə apardı. Kiçik finalda isə BƏƏ təmsilçisi Nuqzari Tatalaşvilini məğlub etdi. Son yarım ildə qazandığı uğurlar – "Böyük Dəbilqə" çempionluğu, Avropa və dünya çempionatlarında bürünc medallar – Tçkayevin inkişafda olduğunu təsdiqləyir.

Üşanqi Kokauri (+100 kq) medalın bir addımlığında dayandı. O, ilk üç görüşdə qalib gəldi, Olimpiadadakı məğlubiyyətin əvəzini kubalı Endi Qrandadan çıxdı. Dörddəbir finalda Olimpiya gümüş medalçısı Quram Tuşişviliyə uduzdu, amma təsəlliverici mərhələdə ikiqat Olimpiya çempionu Lukaş Krpalekə qalib gəldi. Maraqlıdır ki, Kokauri 7 il əvvəl də dünya çempionatında – Bakıda keçirilən yarışda məhz Krpaleki məğlub edərək bürünc medal qazanmışdı. Bu dəfə isə üçüncü yer uğrunda döyüşdə dünya reytinqinin lideri, tacikistanlı Temur Rəhimova uduzaraq beşinci oldu.

Budapeştdəki qarşılaşmalar göstərdi ki, dünya çempionatı hələ də sürprizlərlə dolu, proqnozlaşdırılması çətin yarış olaraq qalır. Ən titullu idmançılar da uduza bilər – məsələn, yaponiyalı ikiqat Olimpiya çempionu Hifumi Abe bu dəfə yalnız bürünclə kifayətləndi, Tokio və Parisdə çempion olmuş Takanori Naqase (81 kq) isə ilk görüşdə məğlub oldu.

Azərbaycan yığmasının qarşısında hələ böyük bir iş durur. Çünki növbəti il dünya çempionatı Bakıda keçiriləcək və ev sahibləri həmin vaxta qədər maksimum hazırlıqlı olmalıdırlar.

Hazırda isə Budapeştdə qarışıq komandalar arasında turnir davam edir – 1/8 finalda millimiz Almaniya ilə qarşılaşacaq.

Zəki Feyzullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Oxşar xəbərlər