Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən boks üzrə dünya çempionatında iştirak edən 11 azərbaycanlı boksçudan üçü yarımfinala yüksəlib.
Bəs idmançılarımızın finala vəsiqə qazanmaq, həmçinin çempion olmaq şansları nə qədərdir?
İdman.Biz bu sualla turnirin keçirildiyi BƏƏ paytaxtında olan, 2000-ci il Sidney Olimpiadasının bürünc mükafatçısı Vüqar Ələkbərova müraciət edib.
"Boksçularımızın döyüşlərini diqqətlə izləyirəm və deyə bilərəm ki, yarımfinala yüksəlmiş hər üç idmançımız - Sübhan Məmmədov (48 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) – finala çıxmaq üçün yaxşı şansa malikdirlər. Onlardan ikisi – Məmmədov və Abdullayev – karyeralarında ilk dəfə dünya çempionu ola bilərlər", – deyə Vüqar Ələkbərov bildirib.
Xatırladaq ki, tanınmış keçmiş boksçu daha əvvəl İdman.Biz-ə açıqlamasında yarımfinala altı idmançımızın yüksələcəyini proqnozlaşdırmışdı.